Tanınmış həkimdən koronavirus xəbərdarlığı: “Vəziyyət çətindir”

Tanınmış həkimdən koronavirus xəbərdarlığı: “Vəziyyət çətindir”
24 noyabr 2020
# 11:35

“Ən doğma insanlara belə sarılmaqdan çəkinmək lazımdır”

Kulis.az xəbər verir ki, bu sözləri tanınmış həkim, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl Asan Radionun suallarını cavablandırarkən deyib. O, koronavirusun yayılmasında ən təsirli faktorun insan olduğunu qeyd edib. Həkim onu da vurğulayıb ki, insanlar bu məsələdə son dərəcə məsuliyyətli olmalıdır. Məsuliyyət hissinin zəif olması hazırda xəstəxanalarda yer məhdudiyyətinə səbəb olub. Bu baxımdan xüsusi diqqət tələb olunan xəstələrə lazımi yardımı göstərmək çətinləşib:

“Bilirsiniz ki, koronavirus düzgün müalicə olunduğu zaman sağalma ehtimalı dəfələrlə çoxdur. Biz də çalışırıq ki, hamıya eyni şəkildə yardım edə biləcək bir sistem quraq. İndi təəssüf ki, hamıya bunu edə bilməyəcəyik. Bu cəhətdən vəziyyət çətindir”.

Yoluxma riskinin hazırda hər yerdə yüksək olduğunu vurğulayan Vasif İsmayıl insanların özlərini bir-birindən qorumağın vacibliyini diqqətə çatdırıb:

“İnsanların sıx toplaşdığı yerlər daha təhlükəlidir. Xüsusilə qapalı məkanlar. Bura təbii ki, nəqliyyat da aiddir. Amma əsas təhlükə insandır. İnsanlarla əlaqələrimizi azaltmalıyıq. Araya mütləq müəyyən məhdudiyyətlər qoymalıyıq. Maskadan istifadə etməliyik. Hətta, ən doğma insanlara belə sarılmaqdan çəkinmək lazımdır. Çünki bu xəstəlik yoluxduğu zaman insan ilk beş-altı gün heç nə hiss etmir, amma ətrafa yaya bilər. Ona görə də özümüzü insanlardan qorumalıyıq”.

Vasif İsmayıl həmçinin noyabrın 21-dən etibarən açıq havada maska taxmaq məcburiyyətinə də münasibət bildirib:

“Əslində, açıq havada maska taxmaq vacib deyil. Amma bu qərar daha çox disiplini artırmaq üçündür. Bu baxımdan bu qərarı dəstəkləyirəm. Mən şəxsən indi şahidəm ki, insanlar bu qanundan sonra küçələrdə maska taxmağa başladı. Bu məsələdə məsuliyyət bir az artıb”.

Koronavirus testləri aparılan zaman əməl olunmalı qaydalara toxunan Vasif İsmayıl hazırkı vəziyyətdə əsas prinsipin bu olmadığını deyib:

“İnsanlar çalışsınlar test verərkən peşəkar laboratoriyalara müraciət etsinlər. Yaxşı olardı ki, TƏBİB-in laboratoriyalarında bu testdən keçsinlər. Amma mən məsləhət görərdim ki, bu məsələdə çox da dərinliyə getməsinlər. Çünki əsas prinsip bu deyil, insanların özlərini qorumasıdır. Testlərin düzgün qaydada aparılmasında isə aylardır TƏBİB özünü kifayət qədər yaxşı göstərir”.

# 3393 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər