Tanınmış azərbaycanlı rəssam vəfat etdi

Tanınmış azərbaycanlı rəssam vəfat etdi
4 sentyabr 2021
# 13:13

Azərbaycanın tanınmış fırça ustası Tofiq Fərəcov vəfat edib.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, rəssam 69 yaşında dünyasını dəyişib.

T. Fərəcov 1952-ci ildə Masallı rayonunun Yeyənkənd kəndində ziyalı ailəsində dünyaya göz açıb. Gənclik illərində respublikanın qabaqcıl təhsil müəssisələrində rəssamlıq sənətinin sirlərinə yiyələnib. Əmək fəaliyyətinə ötən yüzilliyin 70-ci illərində mədəniyyət sferasında başlayan rəssam, bir sıra mədəniyyət ocaqlarında məsul vəzifələrdə çalışıb.

T. Fərəcovun yaradıcılığında boyakarlıq və qrafika texnikası, peyzaj, portret, natürmort və digər sənət üslubları üstünlük təşkil edib. Rəssamın əsərləri dəfələrlə müxtəlif sərgilərdə nümayiş etdirilib./redaktor.az/

# 3339 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış aktrisanın oğlu vəfat etdi

Tanınmış aktrisanın oğlu vəfat etdi

14:30 21 sentyabr 2026
Stalinin dövründə türkoloqlara nə oldu? - Sovet sisteminin elm üzərində kölgəsi

Stalinin dövründə türkoloqlara nə oldu? - Sovet sisteminin elm üzərində kölgəsi

14:17 21 sentyabr 2026
Milli Kitabxanada Beynəlxalq Sülh Gününə həsr olunan kitab sərgisi açıldı

Milli Kitabxanada Beynəlxalq Sülh Gününə həsr olunan kitab sərgisi açıldı

14:15 21 sentyabr 2026
Skorsezenin məşhur filmi haqqında sənədli layihə yayımlanacaq

Skorsezenin məşhur filmi haqqında sənədli layihə yayımlanacaq

13:30 21 sentyabr 2026
Ramana qəsrində muzey fəaliyyətə başladı

Ramana qəsrində muzey fəaliyyətə başladı

13:13 21 sentyabr 2026
"Kim tənqid edir, özü bilər" -  Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

"Kim tənqid edir, özü bilər" - Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

13:09 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər