Səttar Bəhlulzadənin əsərləri Vyanada sərgiləndi

 Səttar Bəhlulzadənin əsərləri Vyanada sərgiləndi
29 noyabr 2019
# 10:00

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli fırça ustası Səttar Bəhlulzadənin 110 illik yubileyi münasibətilə onun əsərlərindən ibarət sərginin açılışı olub.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova çıxış edərək görkəmli rəssamın həyat və yaradıcılığı haqqında məlumat verib. Qeyd edilib ki, Səttar Bəhlulzadə fenomeni olmadan 20-ci əsr Azərbaycan rəngkarlığını təsəvvür etmək mümkün deyil. Zəngin rəng çalarlarına malik əsərləri ilə S. Bəhlulzadə dünyaca məşhur impressionistlərlə bir cərgədə dayanır və Azərbaycanda impressionizm cərəyanının mübağiləsiz ən güclü nümayəndəsi hesab olunur.

Bildirilib ki, daim vətəni ilə bağlı olan rəssam öz əsərlərində Azərbaycanın tarixini, təbiətini və füsunkar mənzərələrini canlandırıb. İkinci dünya müharibəsindən sonra yaradıcılığının inkişaf mərhələsinə qədəm qoyan S. Bəhlulzadənin diqqət mərkəzində tarixi mövzular, Azərbaycan təbiətinin inciləri, xüsusilə Abşeron yarımadası, Bakı kəndləri, neft buruqları və peyzajları dayanırdı. Mənzərə-peyzaj və natürmort janrlarına getdikcə daha çox maraq göstərən rəssam Azərbaycanın füsunkar təbiətini incə xalça naxışlarının düzülüşünə bənzər motivlərlə kətana köçürüb.

Sonra Səttar Bəhlulzadənin həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş olunub. Alman dilində səsləndirilən filmdə rəssamın yaradıcılığına nəzər salınıb, onun müasirləri olmuş görkəmli şəxsiyyətlərin (Toğrul Nərimanbəyov, Arif Məlikov, Tahir Salahov, Ömər Eldarov) fikirləri yer alıb. S. Bəhlulzadənin əks olunduğu orijinal kadrlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Sərgi gələn il yanvarın 14-dək incəsənətsevərlər üçün açıq qalacaq. /azertag.az/

# 4031 dəfə oxunub

Oxşar xəbərlər

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

18:39 4 fevral 2026
"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

17:13 4 fevral 2026
Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

16:50 4 fevral 2026
Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

16:00 4 fevral 2026
Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

14:50 4 fevral 2026
Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

14:30 4 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər