Şərqşünaslıq İnstitutunda zəfər toplantısı keçirildi

Şərqşünaslıq İnstitutunda zəfər toplantısı keçirildi
11 noyabr 2020
# 18:51

Şərqşünaslıq İnstitutunda Azərbaycanın Qarabağda möhtəşəm zəfəri ilə bağlı toplantı keçirilib

Bu gün AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Azərbaycanın Qarabağ müharibəsində möhtəşəm zəfəri ilə bağlı toplantı keçirilib.

Kulis.az xəbər verir ki, toplantını institutun direktoru, akademik Gövhər Baxşəliyeva açaraq qələbə münasibəti ilə müəssisənin kollektivini təbrik edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin titanik fəaliyyəti nəticəsində əldə edilən siyasi, diplomatik uğurların bu qələbəyə zəmin yaratdığını söyləyən G.Baxşəliyeva zəfərin Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun rəşadəti ilə qazanıldığını söyləyib.

Bu qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazılacağına əminliyini bildirən akademik mənfur düşmən tərəfindən viran qoyulan şəhər və kəndlərimizin dövlət başçısının rəhbərliyi altında Azərbaycan xalqı tərəfindən bərpa edilərək, Qarabağın yenidən çiçəklənən diyara çevriləcəyini deyib.

Qurumun direktor müavini, akademik Şahin Mustafayev isə bu zəfərin tarixi əhəmiyyətindən danışaraq, onun əldə edilməsində Ali Baş Komandanın siyasi iradəsinin və müzəffər ordumuzun rəşadətinin rolundan bəhs edib.

İnstitutun əməkdaşı, tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova-Tohidi bu qələbəni Azərbaycan xalqının tarixində baş verən hadisələr fonunda dəyərləndirərək öz mülahizələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin sonunda Şərqşünaslıq İnstitutunun kollektivinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti qəbul edilib.

# 3106 dəfə oxunub

Oxşar xəbərlər

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

17:30 22 iyun 2026
Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər