Son anda adı dəyişən 10 şedevr roman

Son anda adı dəyişən 10 şedevr roman
7 yanvar 2020
# 21:00

Kulis.az dünya ədəbiyyatında son anda adları dəyişmiş 10 klassik romanı təqdim edir:

1. “Möhtəşəm Qeytsbi” - Frensis Skot Fitscerald əsərin adının bir sözdən ibarət olmasını istəyirmiş. Yazıçı sonradan “Möhtəşəm Qeytsbi” üzərində dayanır.

2. “1984” – Naşir Corc Oruelin bu gün “1984” kimi tanınan məşhur antiutopik romanına “Avropada sonuncu adam” adının verilməsinə qarşı çıxıb. Bu adın oxucu marağına səbəb olmayacağını düşünüb və əsəri “1984” adı ilə çap etdirib.

3. Ayn Rendin məşhur “Atlas çiyinlərini gərdi” əsəri üçün düşündüyü ilk ad “Tətil” olub. Əsəri çap olunmazdan 1 il əvvəl, 1956-cı ildə yazıçı əsərin bu qərara gəlir ki, “Atlas çiyinlərini gərdi” adı daha uğurludur. Qərarın qətiləşməsində ərinin məsləhəti də rol oynayıb.

4. “Drakula” - Brem Stoker bu kitabın adını “Ölü həyatlar” qoymaq istəyirmiş, ancaq sonra fikrindən daşınıb.

5. “Günəş də doğar”- Ernest Heminqueyin bu əsər üçün ilk düşündüyü ad başqa olub. Yazıçı 1926-cı ildə çap olunan bu əsərə “Fiesta” adını qoymaq istəyirmiş. Amma naşir “Günəş də doğar” adı üzərində dayanıb.

6. “Madde 22” - Cozef Hellerin romanının ilk adı “Maddə 11” imiş. Müəllif o vaxtlar kinoteatrlarda göstərilən bir filmin adına oxşadığı üçün əsərin adını dəyişmək qərarına gəlir.

7. “Bülbülü öldürmək” - romanının ilk adı “Attikus” olub. Lakin sonradan kitabın müəllifi Harper Li adın sadəcə bir xarakterə bağlı olmasını istəməyib və “Bülbülü öldürmək “ adını seçib.

8. “Qürur və qərəz” - məşhur yazıçı Ceyn Ostin əsərinə son anda bu adı verib. O, kitabı “İlk təəssürat” adlandırmaq istəsə də sonradan fikrindən daşınıb.

9. “Sirli bağça” – Amerikan yazarı Frensis Eliza Börnet əsəri üçün əvvəl “Sahibə Meri” adını qoymaq fikirləşibmiş.

10. “Uliss” - dünyanın ən çətin oxunan əsərlərindən biri sayılan bu roman üçün irlandiyalı yazıçı Ceyms Coysun düşündüyü ad “Dublində Ulisslər” olub. Bundan əvvəl yazdığı “Dublinlilər” romanındakı baş qəhrəmanları burda da canlandırdığı üçün bu adı münasib bilirmiş, amma sonradan fikrini dəyişib və romanın adını “Uliss” qoyub.

# 6731 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər