Ruslar Luiza Qlükü tənqid etdi: "Onu heç kim tanımır"

Ruslar Luiza Qlükü tənqid etdi: "Onu heç kim tanımır"
10 oktyabr 2020
# 13:31

Rusiya mediasında 2020 Nobel ədəbi mükafatın surpriz qalibi amerikalı şair Luiza Qlükün bu mükafatı necə qazanması haqqında təhlil yazısı yer alıb.

Kulis.az xəbər verir ki, “Rassiyskaya qazeta”-nın yazarı Pavel Basinski Qlükə mükafatın "uyğun şeir intonasiyasına və fərdi təcrübəni universal bir təcrübəyə çevirə bilmə qabiliyyətinə görə" verildiyini yazır. Favoritlər arasında çox nəhəng yazıçıların olduğuna diqqət çəkən müəllif Luiza Qlükün adının rus oxucusuna eləcə də dünya oxucusuna məlum olmadığını, yalnız ABŞ-da çox sayda mükafat alan, 11 şeir toplusunun müəllifi olan bir şairə olduğunu vurğulayıb. Rusiyada Luizanın bir şair olaraq yalnız peşəkar şairlər və tərcüməçilər tərəfindən tanındığını qeyd edən müəllif şairənin geniş oxucu auditoriyası tərəfindən tanınmamasının onun zəif şairə olmasına işarə olmadığını da vurğulayıb. Pavel Basinski fikrini belə yekunlaşdırıb: “1901-ci ildə ədəbiyyatda ilk Nobel mükafatı alanın fransız şairi Sülli Prüdomun olması da maraqlıdır. Onun adı bu gün dəd ünyada məşhur deyil. Bu şair peşəkar ədəbiyyatşünaslardan başqa heç kimə məlum deyil”.

# 2705 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər