Rusiyada Vaqif Səmədoğlunun yubileyi münasibətilə sərgi açılıb

Rusiyada Vaqif Səmədoğlunun yubileyi münasibətilə sərgi açılıb
11 mart 2020
# 17:41

Sankt-Peterburqda mütəfəkkir şair, dramaturq, ictimai xadim Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibətilə sərgi açılıb.

F.M.Dostoyevskinin ədəbi-memorial muzeyində təşkil olunmuş “Vaqif Səmədoğlunun fotodünyası” sərgisinin açılış mərasimində Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov və diplomatlar, diaspor üzvləri, Sankt-Peterburqun elm xadimləri, muzey ictimaiyyətinin nümayəndələri, burada ali təhsil alan azərbaycanlı və rus tələbələr iştirak ediblər.

Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri, görkəmli şairin həyat yoldaşı Nüşabə Babayeva-Vəkilova sərgi iştirakçılarını salamlayaraq şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, Vaqif Səmədoğlu hərtərəfli istedada malik şəxsiyyət idi. O, şair olmaqla yanaşı, yaxşı dramaturq, professional musiqiçi və peşəkar fotoqraf idi. “Vaqif müəllimin 80 illiyi ilə bağlı “Vaqif Səmədoğlu medalı” təsis etmişik. Bu mükafat Vaqif Səmədoğlunun yaradıcılığını qiymətləndirən və onun təbliğində rolu olan insanlara təqdim edilir. Bundan əlavə, Səməd Vurğunun ev-muzeyində Vaqif Səmədoğlu guşəsi yaradılıb. Onunla bağlı gördüyümüz bütün işlər həyatımın mənasıdır. Mənə elə gəlir ki, bu işlər mənə təskinlik verir və istiqamətləndirir”,- deyə Nüşabə Babayeva-Vəkilova vurğulayıb.

Tədbirdə çıxış edən baş konsul Sultan Qasımov Vaqif Səmədoğlu ilə bağlı xatirələrini bölüşərək, məşhur Azərbaycan şairinin özünəməxsus ifadə tərzi ilə seçildiyini, ədəbiyyata və caz musiqisinə olan sevgisini diqqətə çatdırıb. Diplomat qeyd edib ki, Vaqif Səmədoğlu vətənini sevən insan, Azərbaycan tarixinin gözəl bilicisi idi. O vurğulayıb ki, Səməd Vurğun kimi böyük söz ustadının evində dünyaya göz açan Vaqif Səmədoğlunun ilk laylası “Azərbaycan” şeiri üstə köklənib və bəlkə də bu səbəbdən yaradıcılığı da Vətən sevgisindən qaynaqlanıb.

Sərginin rəsmi açılış hissəsindən sonra tədbir iştirakçıları nümayiş olunan fotoşəkillər ilə tanış olublar.

Sərgi martın 31-dək davam edəcək. /azertag.az/

# 2662 dəfə oxunub

Oxşar xəbərlər

“Bu məmləkətdə ölünün də, dirinin də yiyəsi olmalıdır” - Xalqın sevimlisi niyə fəxri adsız qaldı?

“Bu məmləkətdə ölünün də, dirinin də yiyəsi olmalıdır” - Xalqın sevimlisi niyə fəxri adsız qaldı?

17:37 13 fevral 2026
“Baxın kölgəsində”  konsert proqramı təqdim olundu

“Baxın kölgəsində” konsert proqramı təqdim olundu

16:03 13 fevral 2026
“İraq-türkman dilinin qrammatikası”  kitabının təqdimatı keçirildi

“İraq-türkman dilinin qrammatikası” kitabının təqdimatı keçirildi

15:30 13 fevral 2026
Şəkillər aldadıcı bir oyundur, görüşəcəyik! - Səma Muğanna

Şəkillər aldadıcı bir oyundur, görüşəcəyik! - Səma Muğanna

14:30 13 fevral 2026
"Boşanmaq istəyənlər dövlətə yüksək məbləğdə cərimə ödəməlidir!" - Batan gəmiyə bilet satmaq olarmı?

"Boşanmaq istəyənlər dövlətə yüksək məbləğdə cərimə ödəməlidir!" - Batan gəmiyə bilet satmaq olarmı?

14:08 13 fevral 2026
Bakı Kitab Mərkəzində Çin poeziya axşamı keçirildi

Bakı Kitab Mərkəzində Çin poeziya axşamı keçirildi

14:00 13 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər