Rəşad Məcid bu səviyyəsiz kitabı rus dilinə niyə tərəcümə etdirib? - Sərt tənqid

Rəşad Məcid bu səviyyəsiz kitabı rus dilinə niyə tərəcümə etdirib? - Sərt tənqid
29 sentyabr 2021
# 10:29

Seymur Baycan AYB-katibi Rəşad Məcidin "Qələmsiz yazılanlar" kitabının rus dilinə tərcümə olunmasını kəskin tənqid edib.

Yazar bu barədə azlogos.eu-a yazdığı tənqidi yazıda qeyd edib ki, kitabın yazılma zərurəti kəmiyyət xatirinədir. Lakin bu kitabın tərcümə edilməsi başadüşülən deyil:

"Yazar Yazıçılar Birliyindəki vəzifəsi Rəşad müəllimi kitab müəllifi olmağa vadar edir. Rəşad müəllim cəmiyyətə göstərməlidir ki, Yazıçılar Birliyində elə-belə, havayı yerə oturmayıb, nəsə yazır, nələrsə qaralayır, o da yaradıcılıqla məşğuldur, onun da kitabı nəşr olunur, onun da kitabı var. Bunu başa düşürük. İnsanıq, bir-birimizi bu fani dünyada birtəhər yola verməyi bacarmalıyıq. Amma ta durub “Qələmsiz yazılanlar” adlı mənasız, səviyyəsiz bir kitabı rus dilinə çevirtdirmək və nəşr etdirmək… Bax bunu başa düşmək, buna dözüm nümayiş etdirmək bir qədər çətindir.

Seymur Baycan onu da qeyd edib ki, bu qərar Rəşəd Məcidə təkcə ədəbiyyat adamı kimi yox, həm də fərd kimi, bir baba kimi yaraşmır:

“Qələmsiz yazılanlar” adlı mənasız, səviyyəsiz bir kitabı rus dilinə çevirtdirmək və nəşr etdirmək Rəşad müəllimin çəkisinə, yaşına, ağarmış saçlarına, baba statusuna qətiyyən yaraşmır. İnsan yaşlandıqca özünü ağır aparmalıdır. Danışığına, hərəkətlərinə, oturuşuna-duruşuna nəzarət etməlidir. İndi ortaya bir neçə maraqlı sual çıxır. Bu mənasız kitab rus dilində kimə lazımdır? Rəşad müəllim bu mənasız kitabı kimin üçün tərcümə və nəşr etdirib? Bu kitabı rus dilində kimlər oxuyacaq?"

# 4176 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər