Reza Deqati Kəlbəcər Muzeyindən fotolar paylaşdı

Reza Deqati Kəlbəcər Muzeyindən fotolar paylaşdı
9 sentyabr 2021
# 18:46

Dünya şöhrətli fotojurnalist Reza Deqati erməni vandalları tərəfindən talan edilmiş Kəlbəcər Muzeyindən fotolarını instaqram səhifəsində paylaşıb.

Reza Deqati paylaşımında yazıb: “Kəlbəcər Muzeyi əsrlər boyu Kəlbəcərin qiymətli daşları və qızılı ilə yaradılan inanılmaz heykəlləri və əsərləri ilə məşhur idi.

1979-cu ildə əhalinin ən son siyahıya alınması zamanı burada 5604 nəfər yaşayırdı - 99.4 faiz azərbaycanlı, 0.1 faiz erməni, 0.1 faiz isə rus. 1993-cü il aprelin 2-də erməni qüvvələri şəhəri ələ keçirdi. Əhaliyə çıxmaq üçün 10 saat verdilər. Bir çoxu ayaqqabı olmadan belə piyada 3480 metr hündürlüyündə dağı keçərək qarda ayaqlarını itirdi və ya öldü. Şəhər kül oldu, yaşamaq üçün bir neçə ev saxlanıldı. Erməni qüvvələri 2020-ci ilin noyabrında məğlub olduqdan sonra Azərbaycan onlara Kəlbəcəri tərk etmək üçün 25 gün vaxt verdi və onlar istədiklərini götürə bildilər.

Ayrılmazdan əvvəl isə hətta evləri yandırdılar, ağacları kəsdilər, heyvanları öldürdülər və Ermənistana getdilər. Qurtuluşdan sonra şəhərə gələndə, bir çox başqa görməli yerlər arasında məşhur muzeyi axtardım. Muzeyi tamamilə yer üzündən sildiklərini gördükdə isə kədərləndim və şoka düşdüm... Bütün qiymətli və qədim heykəlləri və əsərləri, qızılları götürmüşdülər. Yalnız bir neçə heykəl qalmışdı ki, yəqin ki, onları da ağır olduqları üçün aparmamışdılar. O əvəzolunmaz muzey əşyaları haradadır? Bütün Qarabağ muzeylərindən, tarixi abidələrdən və evlərdən talan edilmiş bütün bu əsərlərin və minlərlə digər əşyaların siyahısı sovet arxivlərində mövcuddur./azertag.az/

# 3351 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər