Qarabağ atlarına film həsr olundu

Qarabağ atlarına film həsr olundu
30 yanvar 2021
# 15:56

Moskvanın Mərkəzi İppodromunda Qarabağ atlarına həsr olunan “Datse” qısametrajlı bədii filminin təqdimatı keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, «Unicorn Challenge» kino şirkətinin istehsalı olan filmin rejissorları Anar Ömərov və Ava İsmayılovadır. Rolları Azərbaycan və Rusiya aktyorları ifa edirlər.

Filmin yaradıcıları latış rəssam Datse Ştrausun Qarabağ atlarına sevgisi vasitəsilə tamaşaçılara bu nadir at cinsi barədə danışır, eyni zamanda, Azərbaycanın qədim Qarabağ torpağından bir daha söhbət açırlar. Əsas məqsəd isə kökü kəsilməkdə olan bu at cinsini yaşatmağın vacibliyini dünyaya çatdırmaqdır.

Filmin rejissoru Ava İsmayilova bu mövzuya müraciətlə Qarabağ atlarının sayının azalmasına diqqət çəkmək niyyətində olduğunu söyləyib. Filminin “Datse” adlandırılmasını isə rejissor rəssam Datse Ştrausun Azərbaycan mədəniyyətinə, Qarabağın tarixinə sevgi və rəğbəti ilə əlaqələndirib. A. İsmayılova gələcəkdə bu mövzuda tammetrajlı filmin də çəkiləcəyini vurğulayıb.

Təqdimatın təşkilatçısı Dəmirəl Sultanzadə 2019 ildə Moskvada keçirilən «Ekviros” sərgisində ilk dəfə Qarabağ atlarının təqdim olunduğunu bildirib. Onun sözlərinə görə, həmin sərgidə 300-dən çox at cinsi nümayiş edilsə da, Qarabağ atları tamaşaçıların xüsusi marağına və heyrətinə səbəb olub: "Qarabağ atlarını dünyaya daha çox tanıtmaq və bu barədə film çəkmək ideyası da məhz o zaman yaranıb. Filmin başlıca qayəsi Qarabağ atlarını yaşatmağın tariximiz və gələcəyimiz üçün nə qədər önəmli olduğuna diqqəti cəlb etməkdir".

Qeyd edək ki, rəssam Datse Ştraus bir müddət Azərbaycanda yaşayıb. Onun nadir Qarabağ atlarına sevgisi silsilə rəsm əsrlərinin ərsəyə gəlməsi ilə nəticələnib. Datse Ştrausun rəsmlərindən ibarət sərgilər müxtəlif şəhərlərdə, o cümlədən Bakıda və Moskvada da təşkil olunub. Rəssam tamaşaçılarına Qarabağ atlarının möhtəşəmliyi, şahanəliyi, fərqliliyini nümayiş etdirməklə sanki bu məşhur atların qan yaddaşında qalmış qəhrəmanlıq tarixinin dirçəlişinə işarə edir.

# 2499 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər