Qara Qarayevə həsr olunmuş konfrans keçirilib

Qara Qarayevə həsr olunmuş konfrans keçirilib
5 fevral 2020
# 18:37

Fevralın 5-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) dahi bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Qara Qarayevin anadan olmasının 102-ci ilinə həsr edilən konfrans keçirilib.

APA-nın məlumatına görə, ABİ-nin sədri, Xalq artisti Firəngiz Əlizadə çxış edərək əvvəlcə Fəxri Xiyabanda onun məzarının ziyarət edildiyini bildirib: "Sonra Qara Qarayevin Ev Muzeyində olduq və onun xatirəsini bir daha yad etdik. Bunların hamısı onun əziz xatirəsinə həsr olunan tədbirlərdir. Bu o demək deyil ki, biz dahi bəstəkarı yalnız fevralın 5-i - anadan olduğu gün və mayın 13-ü - vəfatı günü yad edirik, xeyr, o, bizim qəlbimizdə hər zaman yaşayır. Qara Qarayev musiqisi təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində səsləndirilir",-deyə F. Əlizadə qeyd edib.

Sonra ABİ-nin katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova "Qara Qarayev haqqında nəşr olunan yeni kitablar" mövzusunda çıxış edib: "Azərbaycan musiqişünasları onun yaradıcılığına hər zaman maraq göstərib, onun yaradıcılığına dəfələrlə müraciət edib, onun haqqında monoqrafiya, dissertasiyalar yazıblar. Təsadüfi deyil ki, Azərbaycan musiqşünaslığında qarayevşünaslıq adlı bir qol yaranıb".

Konfrans "Qara Qarayevin estetik baxışları", "Xatirələrlə yaşayan dahi sənətkar", "Qara Qarayevin pedaqoji prinsipləri" mövzusunda çıxışlarla davam edib.

Daha sonra Xalq artisti Gülnaz İsmayılovanın ifasında dahi bəstəkarın "Gürcüstan təpələrində" və "Mən sizi sevirdim" romansları dinlənilib, piano üçün 2 prelüdü, violin və piano üçün sonatası səsləndirilib.

# 3708 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Diananın qardaşı ilə Kral Çarlz arasında gərginlik

Şahzadə Diananın qardaşı ilə Kral Çarlz arasında gərginlik

13:00 21 sentyabr 2026
Arxeologiya Muzeyləri kompleksində yenidənqurma işləri yekunlaşdı

Arxeologiya Muzeyləri kompleksində yenidənqurma işləri yekunlaşdı

12:30 21 sentyabr 2026
Alim Qasımov:  "Üzeyir Mehdizadə ilə duetimizin belə qarşılanacağını təxmin edirdim, ancaq..." - Müsahibə

Alim Qasımov: "Üzeyir Mehdizadə ilə duetimizin belə qarşılanacağını təxmin edirdim, ancaq..." - Müsahibə

12:18 21 sentyabr 2026
Tanınmış rejissorun 1 milyard dollarlıq muzeyi açılacaq

Tanınmış rejissorun 1 milyard dollarlıq muzeyi açılacaq

11:40 21 sentyabr 2026
Şakira uzun illər sonra İspaniyada konsert verdi

Şakira uzun illər sonra İspaniyada konsert verdi

11:20 21 sentyabr 2026
Muzeyin divarına zərər vuran şəxslər saxlanıldı

Muzeyin divarına zərər vuran şəxslər saxlanıldı

11:00 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər