Pandemiya çərçivəsində rəssamlara kömək üçün sorğu keçirilir

Pandemiya çərçivəsində rəssamlara kömək üçün sorğu keçirilir
9 aprel 2020
# 18:30

COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda müasir incəsənət nümayəndələrinin üzləşdiyi problemlərin öyrənilməsi üçün “Ta(r)dino 6” incəsənət platforması tərəfindən sorğu keçirilir.

Bu barədə Kulis.az-a platformanın təsisçisi, kurator Əsli Səmədova məlumat verib.

Onun sözlərinə görə, son vəziyyətə uyğunlaşmaq və COVİD-19 pandemiyasından sonrakı dövrdə incəsənət dünyasındakı dəyişikləri analiz etmək məqsədi ilə sorğu təşkil edilib: “Təcrübə və biliklərimizə əlavə edə biləcəyimiz daha böyük şeylərin olduğunu anladıq. Düşündük ki, dəyərlərimizə, baxış və hədəflərimizə sadiq qalsaq, sonda dəstək də gələcək! Yeni tip koronavirusla bağlı baş verən hadisələr son dərəcə zərif olan incəsənət sistemini daha da sarsıtdı və düşünürük ki, bu vəziyyət iqtisadi, sağlamlıq və emosional sıxıntı riski altında olan yaradıcı insanlar üçün çox önəmli dönəmdir.”

İlk dəfə hazırlanan sorğu incəsənət mühitinin ehtiyaclarını xəritələşdirmək və sadəcə böhran zamanı deyil, eyni zamanda daha uzunmüddətli perspektiv üçün vəziyyəti yüngülləşdirə biləcək fəaliyyət planı hazırlamaq məqsədi daşıyır.

“Biz ümid edirik ki, müstəqil təşəbbüsümüz incəsənət və mədəniyyət sahədə çalışan insanları bir yerə toplayacaq. İnanırıq ki, pandemiyadan əvvəl start verilən təşəbbüslərə də (məs. Kreativ Azərbaycan və ya 2020-ci ilin sonuna qədər hazırlanacaq Mədəniyyət və Yaradıcı Sənayenin İnkişafı Dövlət Proqramı) bu və buna oxşar sorğular və təşəbbüslər yeni layihələrə, qanun və tədbirlərin inkişafına dəstək olacaq”, - deyə Ə.Səmədova vurğulayıb.

Sorğunun ilk günündə toplanmış ilkin nəticələrə əsasən demək olar ki, respondentlərin yarısında əlavə qazanc yoxdur və 70% özünü təcrid zamanı işləyə bilmir: “Çünki iş şəraiti və material almaq üçün pulları yoxdur. Sorğuda iştirak edənlərin 33% -i kirayə haqqını ödəmək və əsas ehtiyacları almaqda çətinlik çəkir. Respondentlərin 80% -dən çoxu aylıq gəlirlərinin 50% və ya daha çoxunu itirdi. Növbəti mərhələdə geribildirim forması vasitəsi ilə ən təcili xərclər haqqında daha ətraflı məlumat toplayacağıq və ümid edirik ki, əlaqə şəbəkələrimiz vasitəsilə bu ehtiyaclar üçün lazım olan məbləği toplaya bilərik. Respondentlərin çoxu artıq təhvil verilmiş və görülən işlərin ödənilməsini gözləyirlər.”

https://tardino6.art/COVID19

https://mailchi.mp/464776fdb86d/tardino6april2020azru

# 3151 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər