Ölkəmiz beynəlxalq festivalda - Foto

Ölkəmiz beynəlxalq festivalda - Foto
21 dekabr 2020
# 11:40

Meksikanın paytaxtı Mexiko şəhərində “XI Dost ölkələrin mədəniyyət festivalı” (Feria İnternacional de las Culturas Amigas) keçirilir.

Kulİs.az xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı Səfirliyindən məlumat verilib. Bildirilib ki, 2009-cu ildən başlayaraq ənənəvi olaraq həmrəylik və müxtəliflik şüarı altında Mexiko şəhəri Hökumətinin təşkilatçılığı ilə keçirilən bu festivalın əsas məqsədi müxtəlif ölkələrin mədəniyyəti, mətbəxi və ənənələri ilə Meksika əhalisinin tanış edilməsidir. Qeyd edək ki, ölkəmizin də təmsil olunduğu bu festivalda hər il 5 milyonadək ziyarətçi iştirak edib.

Hər il may ayında keçirilən sözügedən festival bu il COVİD-19 pandemiyası ilə əlaqədar dekabr ayında virtual formatda keçirilir. Bu məqsədlə, Mexiko şəhəri Hökuməti tərəfindən xüsusi olaraq yaradılmış www.ficavirtual2020.cdmx.gob.mx internet səhifəsində 60-a yaxın ölkə, o cümlədən Azərbaycan təmsil olunur (festivalda Azərbaycana aid səhifə -http://www.ficavirtual2020.cdmx.gob.mx/AZERBAIYAN.html). Qeyd olunan internet səhifəsi dekabr ayından başlayaraq 5 ay müddətində fəaliyyət göstərəcək və mütəmadi olaraq yenilənəcək.

Virtual formatda keçirilən bu festivalda Azərbaycanın mədəni-tarixi abidələri, təbiət mənzərələri, milli geyimlər, kəlağayı, dulusçuluq, misgərlik, xalçaçılıq kimi əl sənəti nümunələri, o cümlədən dolma, paxlava, qutab kimi milli mətbəx nümunələri və onların hazırlanma qaydaları, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti və turizm potensialı barədə Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfir Məmməd Talıbovun müsahibəsi təqdim olunur. Həmçinin sayt istifadəçilərinə ölkəmizin turistik guşələrinə dair müxtəlif videoçarxlar nümayiş olunur. Qeyd edək ki, virtual festivalın internet səhifəsini dünyanın müxtəlif ölkələrindən milyonlarla istifadəçinin ziyarət etməsi gözlənilir.



# 2605 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər