Nizami Gəncəvi və Yunus Əmrəyə həsr olunmuş tədbir keçirilib - Foto

Nizami Gəncəvi və Yunus Əmrəyə həsr olunmuş tədbir keçirilib - Foto
15 iyul 2021
# 12:45

Milli Kitabxanada Mədəniyyət Nazirliyi, Türk Mədəniyyəti və İrsi Fondu və Milli Kitabxana ilə birgə “Nizami Gəncəvi və Yunus Əmrə: ortaq dəyərlərimiz” mövzusunda dəyirmi masa keçirilib.

Kulis.az xəbər verir ki, Milli Kitabxananın direktoru Tahir Kərimov Yunus Əmrə və Nizami Gəncəvinin yaradıcılıqları haqda danışıb.

Türkiyə Milli Kitabxanasının direktoru Ali Odabaş tədbirdə iştirakdan məmnunluğunu ifadə edib: “Biz Azərbaycanda özümüzü qonaq kimi hiss etmirik, sanki öz evimizdəyik. Boşuna iki dövlət, bir millət demirik. Bu il Nizami Gəncəvinin 880 illiyi, Yunus Əmrənin isə ölümünün 700-cü illiyi qeyd olunur. Yunus Əmrə də, Nizami Gəncəvi də bizim ortaq dəyərlərimizdir”.

Qeyd edək ki, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana və Nəşriyyat işi üzrə mütəxəssislərindən və Türkiyə Milli Kitabxanasının direktorundan ibarət nümayəndə heyəti iyulun 14-dən 18-dək Azərbaycanda səfərdə olacaqlar.

# 1926 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər