Murad Arif intihar edən gəncdən yazdı: "İçim darmadağındır"

Murad Arif intihar edən gəncdən yazdı: "İçim darmadağındır"
7 sentyabr 2020
# 12:49

Sabirabadda 30 yaşlı gənc tanınmış musiqiçi Murad Arifin “Oğlum” mahnısının sözlərini oğluna son söz kimi yazaraq intihar edib.

Kulis.az xəbər verir ki, Murad Arif Feysbukda baş verən hadisədən son dərəcə kədərləndiyini yazıb: “Sabirabadda bir cavan ata, mənim "Oğlum" mahnımın sözlərini öz oğlu üçün yazaraq, intihar edib.... İçim darmadağın... Kaş ki, elə o mahnıdakı "VARLIĞIN BELƏ YAŞAMAĞA BƏSDİR MƏNƏ" cümləsindən güc alaydı... Allah rəhmət eləsin…”

Qeyd edək ki, gənc son sözlərini Feysbukda paylaşıb. Həmin mətni təqdim edirik:

"Həyatda “Bağışla” deyəcəyim iki insan var: həyat yoldaşım və oğlum. Bağışlayın məni, sizə layiq ola bilmədim! Həyat yoldaşım hər zaman başımı uca etdi, bu hamı üçün pis səslənə bilər, amma mən sənin kimi namuslu, sevgi dolu qadın görmədim. Səni ayaq tozuna layiq olmayanlara dəyişdim, bağışla məni! Üzülmə, dik dur, Romana görə dik dur! Bütün dostlarıma, bir azdan əlvida deyəcəyim həyatda məni tanıyan hər kəsə deyirəm ki, məni əsla qınamayın və pis olmayın!

Sən mənim həyatımsan, oğlum!
Olduğun yer nəfəsdir mənə
Sən qolum-qanadımsan, oğlum!
Varlığın belə yaşamağa bəsdir mənə.

Bu sözləri hər gün dəyəcək qədər həyat dolu biriydim mən! Heyif, heç bir şey göründüyü kimi deyil. Əlvida!”

Gallery

# 4677 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər