Məşhur şair şəhid generala şeir yazdı - Mətn

Məşhur şair şəhid generala şeir yazdı - Mətn
25 iyul 2020
# 11:29

Kulis.az tanınmış şairə Xanım İsmayılqızının şəhid general-mayor Polad Həşimova ithaf etdiyi “Cənab General” şeirini təqdim edir.

Təkcə Vətən üçün çırpındı hər an
Sinənin altında o böyük ürək.
Polad kimi möhkəm iradən ilə
Öz ölkəni sevdin son qanınadək.

Əsgər şərəfinlə ömür yaşadın,
Əfsanəyə dönən müqəddəs Adam.
Öncə Vətən, torpağ, haqq və sədaqət -
Belə yaratmışdı səni Yaradan.

Qalxıbdır ayağa bütün Oğullar,
Əsgərlər də hücum əmrinə hazır.
Elə bir iz qoydun özündən sonra,
Hər bir kəs adını ömrünə yazır.

Sən bir Türk Oğlusan, Azərbaycanın
Əzmini tarixə adınla yazdın.
Cəbhədə, səngərdə haqqın səsini,
Dünyaya ruhunla, odunla yazdın.

Həm ata, həm ana, həm qardaş, həm dost,
Həm də övlad idi sənə bu torpağ.
Döyüş meydanında son nəfəsədək
Üsyanın, harayın oldu - Qarabağ.

Sevdiyin torpağın qucağındasan,
Güllələr altından mərdliklə keçdin.
Canında bayrağın, nəfəsdə Vətən,
Yurdu ucaltmaqçün ölümü seçdin.

Əllərdədir silah, ruhun bizimlə,
Düşmən bayrağını endirəcəyik.
Qələbə müjdəli xoş xəbərləri
Sənə də hədiyyə göndərəcəyik.

Sən əsl Oğulsan, unudulmazsan,
Belə cəsurlardır qürur yerimiz.
Qəhrəmanlar ölmür, məkan dəyişir,
Səni yaşadacaq bizim sevgimiz.

Qoy dünya eşitdin, Polad gücündə
Ürəklilər qurban olmağa hazır.
Vətənin Poladtək Oğulları var,
Hər qarış torpağı almağa hazır.

Bizim fəxrimizsən, Cənab General,
Mərdlik, vətəndaşlıq, yurd yolu oldun.
Elə zirvədəsən, elə yerdəsən,
Bütün anaların öz Oğlu oldun.

# 5024 dəfə oxunub

Oxşar xəbərlər

Sərdar Ortac  xəstəxanaya yerləşdirildi? - İddia

Sərdar Ortac xəstəxanaya yerləşdirildi? - İddia

13:50 7 avqust 2026
Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

12:49 7 avqust 2026
Damla-damla yoxa çıxan zövqümüz...  — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

Damla-damla yoxa çıxan zövqümüz... — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

12:30 7 avqust 2026
Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

11:50 7 avqust 2026
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər