Məşhur aktrisa anasının atasını öldürdüyünü etiraf etdi - İlk dəfə

Məşhur aktrisa anasının atasını öldürdüyünü etiraf etdi - İlk dəfə
18 dekabr 2019
# 10:30

Amerikalı aktrisa və model Şarliz Teron ilk dəfə anasının atasını necə öldürməsinin təfərrüatlarını danışıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, verdiyi müsahibədə ailəsi ilə bağlı bu məsələyə toxunan aktrisa hadisənin 15 yaşında baş verdiyini deyib. O bildirib ki, həmişə sərxoş olan atası bir gün əlində silahla evə gəlib. Anası Gerda, atasının girməyə çalışdığı yataq otağında qızı ilə gizlənib. Qapını aça bilməyən atası otağın qapısına üç dəfə atəş açıb. "Xoşbəxtlikdən güllələr bizə dəymədi” deyən aktrisa anasının özünü və onu qorumaq məqsədi ilə atasını güllələdiyini deyib.

Aktrisa atasını ruhi xəstə insan kimi xatırlayır: "Ancaq bu mövzuda danışmaqdan utanmıram, bu barədə nə qədər çox danışsaq, tək olmadığımızı bir o qədər çox anlayırıq" deyə Teron etiraf edib.

Xatırladaq ki, dünya şöhrətli aktrisa Şarliz Teron Cənubi Afrikanın Yohannesburq yaxınlığındakı bir fermada böyüyüb. Aktrisa uzun müddət atasının ölümünün əsl səbəbini gizlədib və onun avtomobil qəzasının qurbanı olduğunu söyləyib.

# 3973 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər