Məktəb və bağçalarda uşaqlarımızı gözləyən təhlükə

Məktəb və bağçalarda uşaqlarımızı gözləyən təhlükə
24 yanvar 2020
# 14:41

Üç il əvvəl övladlarımıza daha yaxşı gələcək qurmaq ümidi ilə Türkiyəyə köçmək qərarı almışdıq. Baxmayaraq ki, mediadan, televiziyadan Türkiyədəki cəmiyyətin yaşamaq üçün çox da uyğun olmadığını oxuyurduq. Amma düşündüm ki, yüz eşitməkdənsə, bir görmək yaxşıdır.

Qardaş ölkəni tanımaq üçün mənə 7 ay kifayət etdi. İrəlisini-gerisini düşünmədən getdiyim ölkədən, ildırım sürəti ilə aldığım qərarla da geri döndüm. Məni geri gətirən isə övladlarıma görə keçirtdiyim qorxu hissi idi. Anladım ki, orda övladlarımı uşaq ticarətindən, uşaq təcavüzündən, orqan mafiyalarından, uşaq cinayətlərindən qoruya bilməyəcəm. Ona görə, mənə yaradılan şansları övladlarımın sağlam gələcəyi üçün düşünmədən əldən verdim.

İndi isə eyni qorxuları öz ölkəmdə yaşayıram. Uşaq oğurluğu, uşaq cinayətləri hər gün bir az da artır və mən hər gün dəhşətli yuxular görürəm.

Uşaq istismarı ilk dəfə müəyyən edildiyi illərdən bəri miqyası getdikcə genişlənib və bütün bəşəriyyətin ən dəhşətli probleminə çevirilib. Bir neçə gündür orta məktəbin önündə uşaqları aldadıb aparmaq istəyən bir qadının fotosu ətrafında dəhşətverici söhbətlər gəzir. Məsələnin nə qədər həqiqətə uyğun olduğunu təbii ki, bilmirik. Amma bu qorxuları tətikləyən hadisələrin baş verdiyi danılmazdır.

Uşaq oğurluğunun bir qadının əli ilə həyata keçirilməsi düşüncəsinin formalaşması dəhşətli faktdır. Doğum evlərindən, uşaq evlərindən körpələrin məhz qadınların əli ilə satıldığı faktları az olmayıb. Bir qadının, bəlkə də bir ananın başqa anaların qoynundan oğurladığı körpələr üzərindən pul qazanması isə insanlığın faciəsidir.

Elə bir dövrə gəlib çatmışıq ki, övladımızı ən yaxın adamımıza belə etibar edərkən tərəddüd keçiririk. Halbuki, əvvəllər hamı uşağını qonşuya belə gözübağlı etibar edirdi. Çünki o illər insanların içindəki mərhəmət hissinin hələ pula məğlub olmadığı illər idi.

Qonşunun azyaşlı uşağı cinsi istismara məruz qoyduğu ilə bağlı xəbərlər oxuyuruq. Əminin, dayının təcavüzündən qaça bilməyən uşaqlar var bu cəmiyyətdə. Körpələr var uşaq evlərindən insan tacirlərinə pul ilə satılan. Orqan mafiyaları ilə bağlı filmlərdə gördüyümüz səhnələri təəssüf ki, artıq real həyatımızda yaşayırıq. Hər gün narahatıq, hər gün qulağımız səsdədir.

10 yaşlı Nərminin dəhşətli faciəsini hələ həzm edə bilməmiş daha bir qorxu, şübhə toxumu düşdü insanların ürəyinə. Məktəbin önündə uşaq oğurlamağa cəhd etdiyi iddia olunan o qadın bütün anaların yuxusunu ərşə çəkib. Narahatıq, həyəcanlıyıq və qanunların uşaqlarımızı yetərincə qoruduğundan şübhəliyik.

Hər gün statistik məlumatlara çevrilən və xüsusilə də qadın və uşaqların qurban seçildiyi insan faciələri saymaqla bitmir.

İndi uşaqlar yalnız döyüşlərin deyil, daha dəhşətli cinayətlərin, təcavüzlərin, oğurluğun, müxtəlif kriminal hadisələrin, ailə dramlarının qurbanı olur.

Mərkəzdə yerləşən məktəblərin, bağçalarının qarşısında uşaq oğruları peyda olur.

Dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində uşaq müəssisələrində ciddi mühafizə sistemi yaradılıb. Bizdə isə yüzlərlə uşağın əmanət edildiyi məktəb və bağçalarda bəzən nəinki mühafizə sisteminə, heç adi kameralara belə rast gəlmək olmur. Bu işdə məsuliyyət və həmrəylik vacibdir. Məktəb, bağça direktorlarından tutmuş, müəllimlərə, aidiyyatı qurumlara qədər hər kəs məsuliyyətini anlamalı, lazımı tədbirlər görməlidir.

Heç kim faciədən sığortalanmayıb.

# 7313 dəfə oxunub

Oxşar xəbərlər

Niyə həmişə bu günün ağrısını sabaha saxlayırıq? - Leyla Sarabi

Niyə həmişə bu günün ağrısını sabaha saxlayırıq? - Leyla Sarabi

18:03 5 may 2026
Rihannanın 1380 saatdan çox vaxt sərf edilən "Met Qala" libası

Rihannanın 1380 saatdan çox vaxt sərf edilən "Met Qala" libası

17:22 5 may 2026
"Mən başqa cür ola bilməzdim...” - Kim onu  "sənətin imperatoru" adlandırmışdı?

"Mən başqa cür ola bilməzdim...” - Kim onu "sənətin imperatoru" adlandırmışdı?

16:50 5 may 2026
Bleyk Layvli və Castin Baldoni məhkəmədə razılığa gəldilər

Bleyk Layvli və Castin Baldoni məhkəmədə razılığa gəldilər

16:25 5 may 2026
Tudor İngiltərəsinin ən çox nifrət edilən qadını əslində,  kim idi?

Tudor İngiltərəsinin ən çox nifrət edilən qadını əslində, kim idi?

14:47 5 may 2026
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyevlə müsahibə

“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyevlə müsahibə

14:18 5 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər