Misir telekanalında Nizami Gəncəviyə həsr olunmuş veriliş yayımlanıb

Misir telekanalında Nizami Gəncəviyə həsr olunmuş veriliş yayımlanıb
16 avqust 2021
# 12:44

Misirin “Nil” dövlət televiziya kanalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş veriliş yayımlanıb.

Kulis.az xəbər verir ki, telekanalın redaktoru Fatima Əbdül Qadirin aparıcısı olduğu verilişdə Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edildiyi diqqətə çatdırılıb. Aparıcı Şərqin dahi şair və mütəfəkkirinin həyatı, zəngin yaradıcılığı, dünyaya gəldiyi Gəncə şəhəri haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, Nizami Gəncəvi məşhur “Leyli və Məcnun” poemasını ərəb məhəbbət dastanından ilham alaraq yaradıb. Həmçinin Misirin İsgəndəriyyə Kitabxanasında dahi şairin büstü qoyulub.

Verilişdə diqqətə çatdırılıb ki, gündən-günə qüdrətlənən Azərbaycan ötən il öz torpaqlarının işğaldan azad olunması uğrunda Ermənistana qarşı müharibədə Zəfər qazanaraq ərazi bütövlüyünü bərpa edib.

Süjetdə Azərbaycanın paytaxtı Bakı, ölkəmizin füsunkar təbiət mənzərələri və tarixi abidələrimiz nümayiş etdirilib. Misirli tamaşaçılara məlumat verilib ki, İslam ölkəsi olan Azərbaycan elm, mədəniyyət, təhsil sahələrində böyük uğurlar qazanıb, həmçinin qüdrətli iqtisadiyyata malikdir.

Verilişin qonaqları olan Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşı Emil Rəhimov və EPS dillər mərkəzinin rəhbəri İsra Adil diqqətə çatdırıblar ki, diplomatik nümayəndəliyimizin təşkilatçılığı ilə Qahirədə Nizami Gəncəviyə həsr olunmuş konfrans, habelə EPS dillər mərkəzi ilə birlikdə geniş tədbir keçirilib. Şərq ədəbiyyatı və fəlsəfi fikrinin ən görkəmli nümayəndələrindən olmuş Nizami Gəncəvinin yubileyi münasibətilə tədbirlər dil kurslarına gələn gənclərə Azərbaycan mədəniyyəti və ədəbiyyatı haqqında dərin biliklər verməyə kömək edir. Artıq Azərbaycan dilini öyrənən tələbələr dahi şairin əsərlərini ana dilimizdə oxuya bilirlər. Sonuncu tədbirdə misirli gənclər Nizaminin “Leyli və Məcnun” poeması əsasında hazırlanan kiçik tamaşa da təqdim ediblər.

# 2828 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər