Mədəniyyət Nazirliyində Yunus Əmrə İnstitutunun rəhbəri ilə görüş keçirildi

Mədəniyyət Nazirliyində Yunus Əmrə İnstitutunun rəhbəri ilə görüş keçirildi
20 noyabr 2020
# 18:14

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıç ilə görüşüb.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə töhfə olaraq ölkə daxilində və xaricində fəaliyyət göstərən Azərbaycanın Mədəniyyət Mərkəzlərinin fəaliyyətinin genişləndirilməsində Yunus Əmrə İnstitutunun təcrübəsindən istifadə edilməsi, növbəti ildə qarşılıqlı mədəniyyət günlərinin təşkili, Azərbaycanın film sənayesinin daha da canlandırılması və inkişaf etdirilməsi, zəngin mədəni irsi ilə tanınan Qarabağa həsr olunan filmlərin çəkilməsi və digər layihələrin icrası ilə bağlı birgə fəaliyyət planının hazırlanması məsələləri müzakirə edilib.

Səlçuk Karakılıç qəbula görə Anar Kərimova təşəkkür edib, iki ölkə arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində əməkdaşlıqda da ön planda olduğunu və bundan sonra da bu əməkdaşlığa töhfə verə biləcək layihələrin icrası ilə əlaqədar Yunus Əmrə İnstitutu tərəfindən dəstək göstəriləcəyini bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

# 2963 dəfə oxunub

Oxşar xəbərlər

Selin Dion yenidən səhnəyə qayıdır

Selin Dion yenidən səhnəyə qayıdır

13:00 25 mart 2026
42 ilə ərsəyə gələn "Səyahətnamə" - Orada Azərbaycan haqqında nə yazılmışdı?

42 ilə ərsəyə gələn "Səyahətnamə" - Orada Azərbaycan haqqında nə yazılmışdı?

11:30 25 mart 2026
Abbas Kiarostaminin evi ABŞ-ın hava hücumları nəticəsində zərər gördü

Abbas Kiarostaminin evi ABŞ-ın hava hücumları nəticəsində zərər gördü

11:10 25 mart 2026
Qaranlıq gecədən soruş... - Günün şeiri

Qaranlıq gecədən soruş... - Günün şeiri

10:30 25 mart 2026
İlham Əzizin ilk romanı çap olundu

İlham Əzizin ilk romanı çap olundu

22:00 24 mart 2026
"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj

16:30 24 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər