Kamal Abdullanın hekayəsi Gürcüstanda çap olunub

Kamal Abdullanın hekayəsi Gürcüstanda çap olunub
13 aprel 2021
# 15:01

Xalq yazıçısı Kamal Abdullanın “Adaşlar” hekayəsi “Ədəbi Gürcüstan” qəzetində çap olunub.

Kulis.az xəbər verir ki, bu barədə məlumatı Tbilisi Dövlət Universitetinin professoru David Qoçeridze verib.

O bildirib ki, qəzet Kamal Abdulla haqqında qısa məlumatı da oxuculara təqdim edib. Məlumatda deyilir ki, Kamal Abdulla Azərbaycanın Xalq yazıçısı, elm və mədəniyyət xadimidir. O, ölkənin ictimai, ədəbi və mədəni məkanında böyük nüfuza malikdir:

“Kamal Abdulla görkəmli yazıçıdır, Azərbaycanda pyesləri, hekayələri, romanları, esseləri və şeirləri nəşr olunub, əsərləri türk, rus, gürcü, alman, fransız, ingilis, ispan, polyak, portuqal, ukrain, fin, italyan, ərəb, yapon, çernoqor, bolqar, qazax, qırğız və bir çox dillərə tərcümə olunub. Pyesləri Azərbaycan, Gürcüstan, Estoniya teatrlarının səhnəsində tamaşaya qoyulub.

Kamal Abdullanın romanları “Yarımçıq əlyazma” (bir çox mükafatlara layiq görülüb, Umberto Eko əsərə yüksək qiymət verib), “Sehrbazlar dərəsi”, “Tarixsiz gündəlik”, “Unutmağa kimsə yox” və Sirlərin sərgüzəşti” romanları və hekayələri ədəbi aləmin diqqətini çəkib, haqqında saysız-hesabsız sanballı məqalələr yazılıb. Kamal Abdullanın ən yaxşı əsərlərindən biri olan “Adaşlar” hekayəsi modern məsrin gözəl nümunələrindəndir”.

“Adaşlar” gürcü ədəbi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.

Hekayənin tərcüməçisi Tbilisi Dövlət Universitetinin professoru Tamara Şarabidzedir.

# 3312 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
II Türkiyə Kino Festivalı keçiriləcək

II Türkiyə Kino Festivalı keçiriləcək

16:30 21 sentyabr 2026
Süni intellekt aktrisası "nasazladı"

Süni intellekt aktrisası "nasazladı"

16:00 21 sentyabr 2026
Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

15:30 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər