İngiltərə şahzadəsinin toy tortu hərraca çıxarıldı - Foto

İngiltərə şahzadəsinin toy tortu hərraca çıxarıldı - Foto
29 iyul 2021
# 14:34

Şahzadə Diana və həyat yoldaşı Çarlzın 40 ildir qorunub saxlanan toy tortlarından qalan bir dilim hərraca çıxarılıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, toylarının ildönümündə (bu gün) hərraca çıxarılan tort parçasının təqribən 500 sterlinqə (1,184 manat) satılacağı gözlənilir. Hərrac 11 avqusta qədər davam edəcək.

Ağ gümüşü qutuda olan tort parçasının üzərində "Bukingem sarayı, 29 iyul 1981" yazılıb.

Bu sözügedən tortun ilk hərraca çıxarılması deyil. Tortun bir dilimlik parçası 2014-cü ildə 375 dollara satılmışdı.

Qeyd edək ki, 1981-ci ilin 29 iyulunda evlənən cütlük 1996-cı ildə boşanıb. Şahzadə Diana bir il sonra avtomobil qəzasında həyatını itirib.

# 3735 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər