İbrahim İlyaslının yeni kitabı nəşr edildi - Foto

İbrahim İlyaslının yeni kitabı nəşr edildi - Foto
24 noyabr 2020
# 15:57

“Vektor” Beynəlxalq Nəşrlər Evi tanınmış şair-tərcüməçi İbrahim İlyaslının tərcümələrindən ibarət “Qırmızı almadan Qızılalmaya” kitabını nəşr edib.

Kulis.az xəbər verir ki, kitab tərcüməçinin 2019-cu ildə “Vektor” Beynəlxalq Elmlər Akademiyasının Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatına layiq görülməsi münasibətilə işıq üzü görüb. Kitabın redaktoru “Vektor” BEA-nın prezidenti, professor Elçin İsgəndərzadədir.

Tanınmış şair-tərcüməçi Elxan Zal Qaraxanın “İbrahim İlyaslının tərcümələri” adlı “Ön sözü” ilə açılan kitabın nəsr bölməsində məşhur fransız yazıçısı Antuan de-Sent Ekzüperinin, dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun, klassik türk nasiri Ömər Seyfəddinin, yeni nəsil türk yazarı Bəxtiyar Aslanın hekayələri, poeziya bölməsində isə klassik qazax şairi və mütəfəkkiri Abayın, görkəmli türk şairləri Sezai Qaraqoçun, Abdurrəhim Qaraqoçun, Serhat Kabaklının, Sərvət Gürcanın, İmdat Avşarın, Özcan Ünlünün, Kənan Çarboğanın, çağdaş qazax poeziyasının tanınmış isimləri Sabit Dosanovun, Kasımxan Beqmanovun, yeni nəsil qazax şairləri Kazıbek Şaxanovun və Sayat Kamşıqerin, çağdaş özbək şairi Uktamoy Haldarovanın, yeni nəsil qırğız şairləri Altınbek İsmayılovun və Kalica Yaqubun, tanınmış Krım-tatar şairi Liliya Bucurovanın, çağdaş tatar şairi Çulpan Zarifin, müasir rus şairləri Sergey Dmitriyevin, Tatyana Uvarovanın, Yekaterina Valodinanın, Nadejda Painanın və Alina Vesenyyayanın, tanınmış tacik şairi Abdukaxxor Kosimin, habelə klassik fransız yazıçısı və şairi Viktor Hüqonun, görkəmli fransız şairləri Nere Boşeminin, Teodor de Banvillenin və Pol Verlenin şeirləri yer almışdır.

Klassik və çağdaş Avropa və Asiya yazarlarının əsərləri tərcüməçi tərəfindən ana dilimizə rus, qazax, özbək dillərindən tərcümə olunub və Türkiyə türkcəsinə uyğunlaşdırılıb.

# 3259 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər