İTV "Aprel döyüşləri" barədə filmi efirə niyə buraxmadı?

İTV "Aprel döyüşləri" barədə filmi efirə niyə buraxmadı?
3 aprel 2020
# 11:18

Kulis.az Bakı Film İnstitutunun rəhbəri Fehruz Şamıyevin İTV-də anonsu yayımlansa da, efirə verilməyən "4gün aprel döyüşləri" filmi haqqında fikirlərini təqdim edir.

İctimai TV nin "4 gün aprel döyüşləri" serialının yayımı barədə verdiyi açıqlamanı oxudum. Açıqlamada bildirilir ki, serial keyfiyyət baxımından nə onları, nə də Müdafiə Nazirliyini qane edib. Buna görə da layihə dayandırılıb və yaxın gələcəkdə bu mövzuda yeni filmin çəkilməsi planlaşdırılır.

Maraqlıdır ki, İTV bu serialın anonsunu və nə vaxt efirə gedəcəyini durmadan yayımlayırdı. Bildirim ki, Qarabağ, xüsusən də aprel döyüşləri çox incə və xüsusi diqqət tələb edən mövzudur. Bu mövzuya həssaslıqla yanaşmaq lazımdır. Əvvəlcə ondan başlayaq ki, görəsən serialın ssenarisi zövqlü komandaya malik İTV heyəti tərəfindən gözdən keçirilməyib? Məncə İTV ssenarini gözdən keçirib və onları qane edib deyə serial istehsalata buraxılıb. Amma mənə maraqlıdır ki, çəkilən materialın ən azı 40 % ə baxmadan hansısa audiovizual məhsilun anonsu niyə efirə verilir?

Serial TV məhsulu sayılsa da, buradakı bədiilik kinematoqrafiya sənətinə məxsusdur. Bu baxımdan da bu tip məhsulları bədii baxımdan gözdən keçirən 3-5 nəfərdən ibarət zövqlü kinematoqrafçı komandsı lazımdır. Onların işi yekun materiala rəy vermək də ola bilər, çəkilən materialları qiymətləndirmək də.

Düşünürəm ki, "4 gün aprel döyüşləri"inin çəkilmiş materialları müəyyən standarta cavab verirsə, yaxşı bir montaj rejissoru və məsləhətçi dəvət etməklə (montajor yox, montaj rejissoru) ortaya normal iş qoymaq olar.
Yox əgər çəkilmiş materialların bədii və texniki səviyyəsi 50 faizdən aşağıdırsa, burada vəziyyət biraz kəskinləşir və İTV nin verdiyi qərar doğrudur. Ancaq İctimai Televiziya və Radio Yayımları Şirkəti belə bir həssas mövzuda çəkilmiş materiallarla vaxtında tanış olmalı və həmin materiallara əsasən anonsun yayımlanmasına qərar verməliydi.

# 6017 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər