Gəncədə Nizami günü - Ümumşəhər tədbiri - Fotolar

Gəncədə Nizami günü - Ümumşəhər tədbiri  - Fotolar
9 sentyabr 2021
# 16:32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, bu il ölkədə dahi şair, böyük mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar “Nizami Gəncəvi İli” elan olunub. Bu münasibətlə sentyabrın 9-da Gəncədə ümumşəhər tədbiri keçirilib.

Heydər Əliyev meydanında təşkil olunan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki Baş konsulu Nikolos İaşvili, deputatlar, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə qonaqlar Nizami Gəncəvi yaradıcılığına həsr olunan sərgiyə baxış keçiriblər. Sərgidə Gəncə Dövlət Kukla Teatrının, Gəncə şəhər Uşaq İncəsənət və Uşaq Rəssamlıq məktəblərinin və Gəncə Dövlət Rəsm Qalereyasının hazırladığı sənət əsərləri nümayiş olunub.

Tədbirdə Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb.

Sonra Nizami Gəncəvi yaradıcılığına nəzərə salınıb. Bildirilib ki, Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradıb. O, Yaxın və Orta Şərq fəlsəfi-ictimai, bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini məhz burada ərsəyə gətirib. Dahi şairin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir.

Rəsmi hissədən sonra Gəncə Dövlət Dram Teatrının təqdimatında “Xəmsə” ədəbi-bədii kompozisiyası nümayiş etdirilib. Kompozisiyanın bədii rəhbəri Əməkdar mədəniyyət işçisi Əli Qasımov, rejissoru Elşad Əhmədovdur. Nizami obrazını Xalq artisti Alim Məmmədov canlandırıb.

Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətlərinin ifasında konsert proqramı nümayiş olunub. Xalq artisti Sevinc İbrahimova, Əməkdar artistlər Kəmalə Tağızadə, Mehparə Cəfərova, Tural Abdullayev və digər ifaçıların çıxışları şəhər sakinlərinin zövqünü oxşayıb.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə “nizamiganjavi.az” saytının yaxın günlərdə istifadəyə veriləcəyi barədə məlumat verilib. Saytda dahi şairin həyatı, yaradıcılığı, Nizami haqqında tədqiqatlar, maraqlı məlumatlar öz əksini tapacaq.

# 2673 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər