Gənc şairimizin kitabı Serbiyada çap olundu

Gənc şairimizin kitabı Serbiyada çap olundu
29 mart 2021
# 11:35

Azərbaycanlı şair Ümid Nəccarinin kitabı Serbiyada işıq üzü görüb.

Bu barədə Kulis.az-a müəllifin özü məlumat verib

Kitab “Sunny Beach” nəşriyyatı və “Alma” yayınları tərəfindən Belqradda çap olunub. Şeirləri Serbiya dilinə tərcüməçi Sofija Sotirovski çevirib.

Kitabın necə ərsəyə gəlməsi haqqında danışan müəllif bizimlə hisslərini də bölüşdü:

“Belqradda "Alma" nəşriyyatının rəhbəri təsadüfən ingiliscəyə tərcümə olunan şeirlərimlə rastlaşıb. Mənə mesaj yazdı və kitabımı çap etmək istədiklərini bildirdi, mən də razılaşdım. Bu sevindirici haldır ki, bir nəşriyyatın rəhbəri şeirlərimi oxuyub, bəyənib və bəyəndiyi yazarların əsərlərini nəşr edir”.

Qeyd edək ki, Ümid Nəccari 3 kitab müəllifidir və indiyə qədər bir sıra ölkələrdə - Amerika, İtaliya, İspaniya, Rusiya, Gürcüstan, Özbəkistan, İraq, İran, Türkiyə, Çili, Çexiya, Qazaxıstan və bir çox ölkələrin mətbu orqanlarında şeirləri və yazıları tərcümə olunaraq işıqlandırılıb.

# 3689 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
II Türkiyə Kino Festivalı keçiriləcək

II Türkiyə Kino Festivalı keçiriləcək

16:30 21 sentyabr 2026
Süni intellekt aktrisası "nasazladı"

Süni intellekt aktrisası "nasazladı"

16:00 21 sentyabr 2026
Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

15:30 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər