Filmimiz Nyu-Yorkda və Vaşinqtonda nümayiş olunacaq

Filmimiz Nyu-Yorkda və Vaşinqtonda nümayiş olunacaq
10 fevral 2020
# 12:52

Azərbaycan rejissoru Rüfət Əsədovun çəkdiyi “Kənddə sonuncu yəhudi” filmi fevral ayının 25-də Nyu-Yorkda, 29-da isə Vaşinqtonda göstəriləcək.

Lent.az -a bu barədə rejissor özü məlumat verib. Dediyinə görə təqdimetmə mərasimlərində rejissor özü də iştirak edəcək. Rejissor onu da bildirib ki, bu film çox yerlərdə göstərilib və kifayət qədər qiymətləndirilib, müxtəlif mükafatlar alıb: “Gələn həftə isə İsveç İçtimai Televiziyası ilə nümayiş olunacaq”.

R.Əsədov dağ yəhudiləri haqda 3 sənədli filmin (“Quba yəhudiləri”, “Kənddə sonuncu yəhudi”, və “Peyğəmbər Yereminin göz yaşları”) müəllifidir. Bu filmlər dəfələrlə İsraildə, Avropada və ABŞ-da müxtəlif kinofestivallarda və tədbirlərdə nümayiş etdirilib, ölkəmizə nüfuzlu mükafatlar gətirib.

# 3223 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər