Bakıda yaradıcılıq sərgisi keçiriləcək

Bakıda yaradıcılıq sərgisi keçiriləcək
8 sentyabr 2021
# 15:30

Noyabrın 6-da Vətən Müharibəsində qələbənin ildönümünə həsr olunmuş “Qələbə hünəri” adlı Respublika Yaradıcılıq Sərgisi keçiriləcək.

Azərbaycan Dövlət Rəsm Qalereyasından APA-ya verilən məlumata görə, sərgi rəssamların yaradıcılığında Azərbaycanın, xüsusən də işğaldan azad olunmuş ərazilərin təbiət gözəlliklərinin tərənnümü, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən Müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazanılmış möhtəşəm tarixi zəfərin təsviri sənət əsərlərində nümayişi məqsədilə gerçəkləşəcək.

Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq sərgidə 18 yaşdan yuxarı yerli və xarici rəssamlar, heykəltəraşlar, qrafika və akvarel ustaları əsərləri ilə iştirak edə bilər.

Sərgidə iştirak etmək üçün işlərin fotoları [email protected] elektron ünvanına göndərilməlidir. Əsər göndərərkən işin keyfiyyətli fotosu çəkilməli (2-5MB), müəllifin ad və soyadı, işin adı, ölçü qeyd olunmalıdır. Sərgidə 100 əsər sərgilənəcək. Seçimdə profesionallıq, mövzu və ideya orjinallığı nəzərə alınacaq. Sərgidə tanınmış rəssamlarımızın mövzu ilə bağlı klassik əsərləri sərgilənəcək. İştirakçı sərgiyə ən çox 3 əsərini təqdim edə bilər, lakin seçim əsasında sərgidə yalnız bir əsər nümayiş olunacaq. Əsərlərin fotosunun göndərilməsinin son qəbul tarixi: 10 oktyabr 2021-ci il saat 18:00-dəkdir.

Sərgilənəcək əsərlər təşkilat komitəsinin formalaşdırdığı və adları qabaqcadan elan olunacaq münsiflər heyəti tərəfindən seçiləcək. Sərgidə iştirak edəcək rəssamların siyahısı oktyabrın 15-də Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin rəsmi saytı və sosial media hesablarında paylaşılacaq.

Seçilmiş əsərlər oktyabrın 30-a qədər Xətai Sənət Mərkəzinin 3-cü mərtəbəsindəki sərgi zalına təhvil verilməlidir. Nümayiş olunan əsərlərin müəllifləri sertifikatla təltif ediləcəklər.

Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.

# 2425 dəfə oxunub

Oxşar xəbərlər

Yüz il əvvəl, yüz il sonra: Türkologiya Konqresi - Orxan Aras

Yüz il əvvəl, yüz il sonra: Türkologiya Konqresi - Orxan Aras

15:00 22 mart 2026
Sevdiyinin doğum günündə vəfat edən sənətkar - O, sonuncu dəfə kimə zəng etmişdi?

Sevdiyinin doğum günündə vəfat edən sənətkar - O, sonuncu dəfə kimə zəng etmişdi?

14:00 22 mart 2026
"Bir zamanlar Abşeronda"  filmi təqdim olundu

"Bir zamanlar Abşeronda" filmi təqdim olundu

12:30 22 mart 2026
"Acgöz kişilərin bədənin haqqında yazdığı şərhlər..." - Yazıçı Nigar Camalı sərt tənqid etdi

"Acgöz kişilərin bədənin haqqında yazdığı şərhlər..." - Yazıçı Nigar Camalı sərt tənqid etdi

12:30 22 mart 2026
Güney Azərbaycanda Novruz adətləri  -  Təbrizdəki "təkəmçilik" ənənəsi necə formalaşıb?

Güney Azərbaycanda Novruz adətləri - Təbrizdəki "təkəmçilik" ənənəsi necə formalaşıb?

12:00 22 mart 2026
Avropa Teatr Tərcümə Şəbəkəsi seçim prosesinin nəticələrini açıqladı

Avropa Teatr Tərcümə Şəbəkəsi seçim prosesinin nəticələrini açıqladı

10:30 22 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər