Bakıda Məsud Pənahinin ustad dərsi keçiriləcək

Bakıda Məsud Pənahinin ustad dərsi keçiriləcək
2 sentyabr 2021
# 11:30

5 sentyabrda Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində rejissor, animator, animasiya rəssamı Məsud Pənahinin ustad dərsi keçiriləcək.

Kulis.az xəbər verir ki, ustad dərsində Məsud Pənahi öz yaradıcılıq yolundan, rejissorluq sirlərindən və ssenari fəndlərindən söhbət açacaq.

M.Pənahi 1966-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1972-ci ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) rəssamlıq fakültəsini və ÜDKİ-nin nəzdindəki animasiya üzrə quruluşçu-rejissor kurslarını bitirib.

Azərbaycanın kult multfilmi olan “Tıq-tıq xanım” (“Pıs-pısa xanım və siçan bəy”) filminin müəllifi olan M.Pənahi 1979-cu ildən Almaniyada yaşayır.

Berlin Mərkəzi Telestudiyasında və müxtəlif animasiya studiyaları nəzdində 60 yaxın animasiya filmlərinin çəkilişlərində iştirak edib. M.Pənahinin son işlərindən biri Berlindəki Azərbaycan diasporasının dəstəyi ilə 2012-ci ildə çəkilmiş və Xocalı şəhərində baş vermiş faciədən bəhs edən “Sükutun pozulması” (“Zerstörter Friede”) animasiya filmidir.

Yeri gəlmişkən, o, 2018-ci ildə 1-ci “Animafilm”in Azərbaycan animasiyasına verdiyi töhfəyə görə “Qızıl qayıq” heykəlcik-mükafatı ilə təltif olunub.

2019-cu ildə isə həmin festivalın Beynəlxalq münsiflər heyətinin sədri olub.

M.Pənahi “Tıq-tıq xanım”, “Bulud niyə ağlayır”, “Qız qalası əfsanəsi” və s. animasiya filmlərinin müəllifidir.

2020-ci ildə onun Almaniyanın Berlin şəhərində “Rezin xoruz” adlı avtobioqrafik kitabı çıxıb.

# 3270 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər