Azərbaycanlı pianoçu Berlində konsert verəcək

Azərbaycanlı pianoçu Berlində konsert verəcək
7 sentyabr 2020
# 13:25

Sentyabrın 12-də Berlin şəhərinin "Kulturstall auf dem Qutshof" zalında 24 yaşlı azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Nərmin Nəcəflinin konserti keçiriləcək.

Kulis.az xəbər verir ki, musiqiçi Lyudviq van Bethovenin "Appassionata" 23-cü fortepiano sonatasını, Robert Şumanın karnavalını, həmçinin Frederik Şopenin üç əsərini: Noktürn, soç. 27, Ballad, soç.52 və "Andante Spianato et Grande Polonaise Brillante" kompozisiyasını ifa edəcək.

Nərmin Nəcəfli 1996-cı ildə Bakıda anadan olub və Bülbül adına musiqi məktəbində təhsil alıb. Hazırda Hannover musiqi, media və teatr Universitetində təhsilini davam etdirir. 2007-ci ildən Azərbaycan Prezidentinin gənc istedadlar üçün xüsusi təqaüdünü alır. Tamaşaçılar onu Paris, Vaşinqton, Florensiya, Moskva, Brüssel, Strasburq, London konsertlərində heyranlıqla alqışlayıblar.

Milli və beynəlxalq müsabiqələrdə çoxsaylı mükafatlar sübut edir ki, gənc pianoçu yaradıcı şöhrətin zirvəsinə doğru inamla irəliləyir.

# 3184 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər