Azərbaycanlı ifaçı Parisdə konsert verdi

Azərbaycanlı ifaçı Parisdə konsert verdi
9 avqust 2021
# 14:29

Parisin Müqəddəs Merri kilsəsində istedadlı azərbaycanlı fleytaçı Ağarəhim Quliyevin xeyriyyə konserti olub.

Konsertdə 150-dən çox musiqisevər iştirak edib.

Azərbaycanlı gənc ifaçını konsertdə braziliyalı fleytaçı Eduardo Rosa və ingilis pianoçu Julyan Miles müşayiət edib. Konsertdə müxtəlif kamera musiqi parçaları səsləndirilib.

Gənc musiqiçilər danimarkalı pianoçu və bəstəkar Frederik Kulavın “Grand trio”, macar fleyta virtuozu və bəstəkarı F.Dopplerin “Andante et Rondo”, fransız bəstəkarı və pianoçusu Kamil Sent-Saensin (Camille Saint-Saens) “Le Cygne” əsərlərini ifa edib.

Musiqiçilərin ifası alqışlarla qarşılanıb.

Prezident təqaüdçüsü Ağarəhim Quliyev Bakıda musiqiçi ailəsində anadan olub. Hələ 9 yaşında L.M.Rostropoviç musiqi məktəbində fleyta üzrə dərslərə başlamış gənc musiqiçi qısa zamanda istedadlı olduğunu göstərib və “İlin kəşfi” mükafatı laureatı, eləcə də nəfəs alətləri üzrə dövlət müsabiqəsinin qalibi olub.

2012-ci ildə İslam ölkələrinin gənc musiqiçiləri üçün keçirilən ilk beynəlxalq müsabiqədə Qran-pri mükafatına layiq görülüb. Müsabiqədən sonra Samaradakı (Rusiya) Yuri Başmet Musiqi Akademiyasına daxil olub. Ağarəhim 2013-cü ildə Estoniyanın “Baltik ulduzları” beynəlxalq yarışmasında birinci yeri, Gürcüstanda keçirilən “Gələcəyin ulduzları” beynəlxalq müsabiqəsinin Qran-prisini qazanıb.

Azərbaycanlı gənc fleytaçının Parisdə UNESCO-nun mənzil-qərargahı, Hall Corto, Kremlin konsert salonu, Notre Dame des Blanc Manteaux, Saint Merry, Saint Eustache kilsələrində konsertləri olub. O, “Sir James Galway” beynəlxalq fleyta festivalı, İtaliyadakı Severino Gazelloni Festivalında iştirak edib.

Gənc fleytaçı Ağarəhim 2018-ci ildən Paris Ecole Normale de Musique-də məşhur fleytaçı Patricia Naglenin sinfində təhsilini davam etdirir. Elə həmin il Parisdə keçirilən “Clés d'Or” beynəlxalq yarışmasında birincilik qazanıb.

2021-ci ildə Ağarəhim ən çətin müsabiqəni fərqlənmə ilə başa vuraraq, Paris Regional Konservatoriyasına daxil olub.

# 2787 dəfə oxunub

Oxşar xəbərlər

“DokuBaku 2026”: 54 film oktyabrda Bakıda təqdim olunacaq

“DokuBaku 2026”: 54 film oktyabrda Bakıda təqdim olunacaq

16:00 19 avqust 2026
Milli Kitabxanada Xan Şuşinskinin yubileyinə həsr olunmuş kitab sərgisi

Milli Kitabxanada Xan Şuşinskinin yubileyinə həsr olunmuş kitab sərgisi

15:30 19 avqust 2026
Tanınmış aktrisa vəfat etdi

Tanınmış aktrisa vəfat etdi

14:40 19 avqust 2026
Lorkanın itmiş əsərləri tapıldı

Lorkanın itmiş əsərləri tapıldı

14:20 19 avqust 2026
Avropada minlərlə insan "Medicine Festival"ında iştirak etdi

Avropada minlərlə insan "Medicine Festival"ında iştirak etdi

13:20 19 avqust 2026
Çindəki qədim rəsmlərin sirri – İnsan qanından istifadə edilib?

Çindəki qədim rəsmlərin sirri – İnsan qanından istifadə edilib?

12:50 19 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər