Azərbaycanlı gənc musiqiçi ABŞ-ın səsyazma leyblı ilə müqavilə imzaladı

Azərbaycanlı gənc musiqiçi ABŞ-ın səsyazma leyblı ilə müqavilə imzaladı
29 dekabr 2019
# 12:15

Dekabrın 28-də Beynəlxalq Muğam Mərkəzində tanınmış pianoçu, Əməkdar artist İsfar Sarabski Amerikanın səsyazma leyblı olan “Warner Music Group”la imzaladığı müqavilə ilə bağlı mətbuat konfransı keçirib.

Konfrans çərçivəsində pianoçu şirkətlə bağladığı müqavilə və gələcək planları barədə söhbət açıb.

Bildirib ki, şirkətin Londondakı nümayəndəliyi ilə görüşərək albomunu onlara təqdim edib. Hər bir musiqiçiylə olduğu kimi şirkət onun yaradıcılığı və verdiyi konsertlərlə maraqlanıb. Sonradan buraxılacaq albomun detallarını müzakirə olunub.

Qeyd edib ki, şirkətlə əməkdaşlığın zirvə nöqtəsi Almaniyanın Bremen şəhərində keçirdiyi konsertlə başa çatıb. Bildirib ki, musiqi sənayesində fəaliyyət göstərən iri şirkətlər və qruplar konsertdə iştirak etmək üçün 300-ə yaxın ərizə göndərib və onlardan yalnız 17-si seçilib. Diqqətə çadırıb ki, yaradıcılığını nümayiş etdirmək baxımından konsert çətin şəratidə keçib, çünki pianoçu və onun musiqiçilərinə çərçivələr qoyulmuşdu.

“Warner Music Group”la müqaviləsindən danışan pianoçunun meneceri Davud Qəmbərzadə söyləyib ki, şirkət İ.Sarabski ilə caz və elektro-musiqi ifaçısı kimi əməkdaşlıq edəcək. Buna görə də pianoçu hər iki istiqamətdə fəaliyyət göstərməli olacaq. İlk olaraq 2020-ci ilin iyununda Hamburqda caz albomunun təqdimatı keçiriləcək. Qeyd edib ki, konsertə biletlərin demək olar ki, hamısı satılıb.

Sonra jurnalistlərin sualları cavablandırılıb.

Sonda İ.Sarabski canlı olaraq “Horses of Karabakh” kompozisiyasını ifa edib./azertag.az/

# 3874 dəfə oxunub

Oxşar xəbərlər

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

17:30 22 iyun 2026
Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər