Azərbaycanlı filoloq beynəlxalq konfransda iştirak edib

Azərbaycanlı filoloq beynəlxalq konfransda iştirak edib
31 mart 2021
# 14:16

Bu günlərdə Ukrayndakı Oles Honçar Dnepr Milli Universitetində “Dəyişən Dünyada Təhsil və Elm: Problemlər və İnkişaf perspektivləri” adlı elmi konfrans keçirilib.

Kulis.azın verdiyi xəbərə görə, konfransda ölkəmizi yazar, filologiya üzrə fəlsəfə doktoru Nargis İsmayılova təmsil edib. O, tədbirdə “İlqar Fəhmi və postmodernizm” mövzusu ilə iştirak edib. Konfransın mətnləri 2 cildlik elmi topluda işıq üzü görərək beynəlxalq elmi bazalara yerləşdirilib.

Azərbaycan yazıçılarının xaricdə tanıdılması baxımından əhəmiyyət daşıyan məqalədə İlqar Fəhminin romanları postmodernizim kontekstindən elmi tədqiqata cəlb olunaraq xarici tədqiqatçılara təqdim olunub.

Xatırladaq ki, Üçüncü dəfə keçirilən “Dəyişən Dünyada Təhsil və Elm: Problemlər və İnkişaf perspektivləri” adlı elmi konfransı Ukrayna Təhsil və Elm Nazirliyi, Orta Şərq Texniki Universiteti (ODTÜ), Foscari Venice University (italiya), Ukrayna Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutu, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antropologiya Mərkəzi, M.P.Dragomanov adına Milli Pedaqoji Universitet və Oles Honçar adına Dnepr Milli Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.

# 3855 dəfə oxunub

Oxşar xəbərlər

Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
II Türkiyə Kino Festivalı keçiriləcək

II Türkiyə Kino Festivalı keçiriləcək

16:30 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər