Azərbaycanda Böyük Britaniya film festivalı başlayır

Azərbaycanda  Böyük Britaniya film festivalı başlayır
22 yanvar 2021
# 12:44

Yanvarın 22-dən fevralın 22-dək Azərbaycanda onlayn formatda Böyük Britaniya Film Festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, "British Council" və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı ilə reallaşacaq.

Festival altıncı dəfə olmaqla "CoolConnections" incəsənət birliyi tərəfindən yaradılmış onlayn platformada keçiriləcək. Bütün filmlər Azərbaycan dilində alt yazıların müşayiəti ilə ingilis dilində nümayiş etdiriləcək. Böyük Britaniya Film Festivalına onlayn qeydiyyat bu gündən başlayacaq.

Bu il 16 fərqli ilhamverici film: “Yırtıcı” (Ən yaxşı Böyük Britaniya Filmi kateqoriyasında BAFTA mükafatı namizədi), “Səma üçün” (Ən yaxşı sənədli film kateqoriyasında BAFTA mükafatı sahibi), “Kişilərlə üzmək”, “Sıxışdırılmış”, “Makiyaj”, “Rey və Liza”, “Mükəmməl onluq”, “Çəhrayı divar”, bundan əlavə, BAFTA ən yaxşı qısametrajlı film kateqoriyasında namizəd kimi, mükafata layiq görülmüş 8 qısametrajlı film nümayiş etdiriləcək.

# 3242 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər