Azərbaycan poeziyası Ukrayna mediasında - Foto

Azərbaycan poeziyası Ukrayna mediasında - Foto
18 iyul 2020
# 11:26

Ukraynanın populyar “Лiтературна Україна” (Ədəbi Ukrayna) qəzeti Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində müasir Azərbaycan poeziyası nümunələrinə geniş yer ayırıb.

Dövlət Tərcümə Mərkəzindən Kulis.az-a verilən məlumata görə, qəzetin iyul sayında Azərbaycanın Xalq şairi Hüseyn Arifin ukrain dilinə tərcümə olunmuş “Yaşa hələ”, tanınmış Azərbaycan şairləri Dilsuzun “Ev tikirəm”, Salam Sarvanın “Dar ağacında azmışam”, Aqşin Yeniseyin “Ən gözəl qadın”, eləcə də Rüstəm Behrudi və Leyla Əliyevanın şeirləri tanınmış Ukrayna şairəsi, tərcüməçi Lesya Mudrakın “Поезія гранатових відтінків” (“Nar çalarları poeziyası”) məqaləsi ilə təqdim edilib.

Şeirləri ukrain dilinə tanınmış Ukrayna tərcüməçiləri – Mıkola Miroşniçenko, Vano Krüqer, Lesya Mudrak, Vasili Dovjik və Pyotr Seleski tərcümə ediblər.

Səhifə, həmçinin Ukraynanın məşhur “litukraina.com.ua” (Ədəbi Ukrayna saytı) ədəbiyyat portalına yerləşdirilib.

Gallery



# 4060 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər