Azərbaycan muğamı haqqında film çəkildi

Azərbaycan muğamı haqqında film çəkildi
26 avqust 2021
# 15:30

Beynəlxalq Muğam Mərkəzi tərəfindən 26 avqust- Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü münasibətilə qısametrajlı film istehsal edilib.

Kulis.az xəbər verir ki, filmdə Azərbaycan muğam sənətinin inkişafı, UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi, ölkəmizdə muğam sənətinə göstərilən diqqət və qayğı öz əksini tapıb. Ekran əsərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın muğam sənətinin inkişafına göstərdiyi diqqət və qayğıya da geniş yer verilib. Həmçinin tanınmış muğam ifaçılarımızın muğam sənətini ilə bağlı fikirləri də yer alıb. Filmdə keçirilmiş muğam müsabiqələri haqqında videomateriallardan da istifadə edilib. Film Beynəlxalq Muğam Mərkəzi sosial şəbəkələrində paylaşılıb.

Filimin ideya müəllifi Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, quruluşçu rejissoru və ssenari müəllifi İlqar Əkbər, operatoru Fuad Təhməzli, redaktoru isə Lalə Azəridir.

# 3081 dəfə oxunub

Oxşar xəbərlər

Laçında Şəhər Günü münasibətilə konsert keçirildi

Laçında Şəhər Günü münasibətilə konsert keçirildi

19:00 26 avqust 2026
Amerikalı müğənninin ölümü ilə  bağlı detallar ortaya çıxdı

Amerikalı müğənninin ölümü ilə bağlı detallar ortaya çıxdı

18:15 26 avqust 2026
Tanınmış macar yazıçı vəfat etdi

Tanınmış macar yazıçı vəfat etdi

17:00 26 avqust 2026
Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

16:30 26 avqust 2026
Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

15:30 26 avqust 2026
Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

14:50 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər