Avtobusda üç dəfə asqıran qadın

Avtobusda  üç dəfə asqıran qadın
11 aprel 2020
# 12:49

Kulis.az Vüsal Bağırlının "Avtobusda öskürmək əzabı" yazısını təqdim edir.

Avtobusun dayanacağa yaxınlaşdığını görən kimi burnumun üzərindəki metal maska halqasını bərkidib qapıların açılmasını gözlədim. Nəhayət, qatlama qapılar açıldı, pilləkənlə qalxıb kartımı cükküldətdim və içəri göz gəzdirdim.
Salonda seyrəklik idi. Sərişinlərin əksəriyyəti maskalanmışdı. Keçib boş yerlərdən birində oturdum, yola düşdük. Yolum uzun, dayanacaqlar və işıqforlar saysız-hesabsız idi. Avtobus da tısbağa sürətiylə gedir, dayanır, gedir, bir də dayanırdı. O, səbir daşdıran çoxsaylı fasilələrlə irəliləyir, sərnişinləri elə hey, ön qapıdan doldurur, arxadan boşaldırdı.
Birdən, məndən iki oturacaq irəlidə oturmuş qadından fısıltıya bənzər qəribə səs gəldi: “həpçi”. Qorxduğu başına gəlmişdi. O, asqırmışdı. Qadın yerində narahatlıqla qurcalandı. Yanında oturmuş digər qadın, üz-gözünü turşudub, başını yana çevirdi.

Az sonra, daha pis hadisə baş verdi. Qadın yenə asqırdı. Yaxınlıqda dayanmış, ətrafda oturmuş digər sərnişinlərin təşviş dolu iti nəzərləri zavallı qadına dikildi. Yanındakı qadın durub, başqa yerdə əyləşdi. O, “cüt səbir gətirdim, inşallah düşərli olar” deyib zorla gülümsündü. Lakin, bu təsəlli deyildi.

Qadın üçüncü dəfə asqıranda, sürücü belə qanrılıb geri boylandı. İçəridə, bütün sərnişinlər arasında ölçüyəgəlməz gərginlik hökm sürürdü. Qadın, “ah, birdən-birə mənə nə oldu belə, yəqin allergiyam var!?” desə də, bu heç nəyi dəyişmədi. İnsanlar artıq, bərk səslə narazılıq edir, burunlarının altında donquldanır, söyüş söyürdülər. Həmin dəqiqə onların əlinə odlu silah verilsəydi, yəqin ki, qadını “uf” demədən güllələyərdilər.
Yaxşı ki, qadın anlayış göstərib, düzgün qərar qəbul edə bildi. Avtobus dayanar-dayanmaz, cəld ayağa qalxdı və düşdü. Bəlkə də heç düşməyəcəkdi, lakin, buna məcbur oldu. Avtobusdakıların üzərindən, elə bil ağır yük götürüldü. İçəridə xoşagəlməz sükut hökm sürürdü.

Bu dəm, boğazım göynəməyə başladı. Şiddətli dərəcədə öskürməyim gəlirdi. Özümü güc-bəlayla sıxıb saxlamağa çalışdım. Lakin, ölçüyəgəlməz qıcıq, boğazımı, bronxlarımı dalayırdı. Boynumla ciyərlərimin bitişdiyi nöqtəyə, sanki, yüzlərlə iynə batırırdılar. Oturduğum yerdə zibilə düşmüşdüm. Dəhşətli əzablar içində qovrulurdum.
Lakin, sonadək əsl dirəniş və mətanət nümunəsi, müqavimət iradəsi nümayiş etdirdim. Düşənə qədər, (təxminən on beş dəqiqə) öskürəyi sinəmdə boğmağı bacardım. Həmin an avtobusda olduğum müddət, mənə qərinələr qədər uzun göründü.

# 3607 dəfə oxunub

Oxşar xəbərlər

“Bu məmləkətdə ölünün də, dirinin də yiyəsi olmalıdır” - Xalqın sevimlisi niyə fəxri adsız qaldı?

“Bu məmləkətdə ölünün də, dirinin də yiyəsi olmalıdır” - Xalqın sevimlisi niyə fəxri adsız qaldı?

17:37 13 fevral 2026
“Baxın kölgəsində”  konsert proqramı təqdim olundu

“Baxın kölgəsində” konsert proqramı təqdim olundu

16:03 13 fevral 2026
“İraq-türkman dilinin qrammatikası”  kitabının təqdimatı keçirildi

“İraq-türkman dilinin qrammatikası” kitabının təqdimatı keçirildi

15:30 13 fevral 2026
Şəkillər aldadıcı bir oyundur, görüşəcəyik! - Səma Muğanna

Şəkillər aldadıcı bir oyundur, görüşəcəyik! - Səma Muğanna

14:30 13 fevral 2026
"Boşanmaq istəyənlər dövlətə yüksək məbləğdə cərimə ödəməlidir!" - Batan gəmiyə bilet satmaq olarmı?

"Boşanmaq istəyənlər dövlətə yüksək məbləğdə cərimə ödəməlidir!" - Batan gəmiyə bilet satmaq olarmı?

14:08 13 fevral 2026
Bakı Kitab Mərkəzində Çin poeziya axşamı keçirildi

Bakı Kitab Mərkəzində Çin poeziya axşamı keçirildi

14:00 13 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər