Aşıqlar dastan oxuyacaq

Aşıqlar dastan oxuyacaq
2 mart 2021
# 16:40

Son dövrlərdə bir sıra uğurlu layihələrə imza atan Azərbaycan Aşıqlar Birliyində yeni bir layihəyə start verilib.

Bu barədə Kulis.az-a Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu məlumat verib. O, bildirib ki, klassik aşıq yaradıcılığında mühüm yer tutan dastançılıq ənənəsinin müasir dövrdə yenidən təqdim olunmasına həsr olunmuş bu layihə çərçivəsində dastanların çağdaş aşıqlarımızın ifasında sənətsevərlərə yenidən təqdim olunması nəzərdə tutulur.

Qeyd edib ki, repertuar seçimi zamanı məşhur dastanlarla yanaşı, sənətsevərlərə nisbətən az tanış olan dastanlara da müraciət olunacaq. Hazırda “Xəstə Qasımın Şamaxı səfəri”, “Yetim Aydın”, “Tahir və Zöhrə” və s. dastanların üzərində hazırlıq işləri görülür.

Dastanlarla bağlı repertuar seçimində diqqət yetirilən bir məqam da ondan ibarətdir ki, ədəbiyyat və mədəniyyət tariximizdə özünəməxsus yeri və rolu olan böyük şəxsiyyətlərin yaradıcılığına və onlarla bağlı yaranmış dastanlara da böyük önəm verilir.

“Bu il ustad aşıq Aşıq Ələsgərin anadan olmasının 200 illik yubiley ilidir. Bu yubileyin ölkəmizdə geniş miqyasda qeyd olunması üçün bu günlərdə ölkə başçısının ayrıca sərəncamı da olub. Azərbaycan Aşıqlar Birliyində də yubileylə bağlı bir sıra tədbirlər həyata keçirilməsi nəzərdə tutulur. Elə haqqında danışdığımız layihə çərçivəsində ilk iş də bu böyük ustada həsr olunub – “Aşıq Ələsgərin Söyüdlü səfəri” adlı dastan-rəvayət gənc aşıqlardan Elbrus Hüseynov və Şöhrət Kərimovun ifasında rəğbətlə qarşılanıb. Elməddin Məmmədli və Şəhriyar Qaraxanlının ifa etdikləri “Hüseyn Bozalqanlının Tiflis səfəri”, eləcə də Şirvan aşıqları Elman Talıstanlı və Babək Şakirlinin söylədikləri “Abdulla və Cahan” dastanları da uğur qazanıb. Hər üç dastan-rəvayəti “Mədəniyyət” kanalı vasitəsilə geniş tamaşaçı auditoriyası da seyr edib.

Layihə çərçivəsində tamaşaçılara təqdim olunması nəzərdə tutulan dastanlardan biri də bu il 880 illik yubileyini qeyd etdiyimiz Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında yaradılmış eyniadlı dastandır ki, hazırda onun da üzərində iş gedir. Eyni zamanda fəaliyyətinin mühüm hissəsi Qarabağ xanlığı ilə bağlı olmuş böyük söz ustadı M.P.Vaqiflə bağlı “Vaqif” dastanının aşıqların ifasında təqdim olunması da görüləcək işlər sırasındadır.

Layihə çərçivəsində hazırlanacaq bütün dastanlar “Mədəniyyət” kanalı vasitəsi ilə geniş tamaşaçı auditoriyasına təqdim olunacaq. Gələcəkdə bu dastan-tamaşaların həm də paytaxtın mədəniyyət ocaqlarında təqdimatı və eləcə də bunların əsasında videoalbom hazırlanması da nəzərdə tutulur”, - deyə Musa Nəbioğlu qeyd edib.

# 2315 dəfə oxunub

Oxşar xəbərlər

Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı

Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı

18:45 4 noyabr 2025
Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

17:00 4 noyabr 2025
Mikayıl Müşfiqin hüquqi varisi:  "Qanun qarşısında cavab verəcəklər..."

Mikayıl Müşfiqin hüquqi varisi: "Qanun qarşısında cavab verəcəklər..."

16:55 4 noyabr 2025
Nizami Cəfərov:  "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

Nizami Cəfərov: "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

16:05 4 noyabr 2025
“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

15:47 4 noyabr 2025
Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

14:59 4 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər