Anam qonşulardan utanırdı – Musa Yaqubun qızı yazır...

Anam qonşulardan utanırdı – Musa Yaqubun qızı yazır...
9 sentyabr 2021
# 10:16

Kulis.az mərhum Xalq şairi Musa Yaqubun qızı Səhər Musaqızının maraqlı bir xatirəsini təqdim edir.

Aşağıdakı şəkil 1975-ci ildə çəkilib.

Bakıya təzəcə köçmüşdük. Tomasın evində kirayə qalırdıq. Atam Yazıçılar İttifaqında şöbə müdiri işləyirdi. Bizdən bir necə ay əvvəl gəlib, o evi kirayələmişdi, içinə də bir-iki lazımlı əşya alıb qoymuşdu. Mən hələ o evin tavanı qədər hündür tavan görməmişdim. Kənddən təzə gəlmişdik. Darıxırdıq.

Qonşularımızın da çoxu rus idi, azərbaycanlı olanı da elə rusca danışırdı. O dil də qulağımıza olmasa da dilimizə elə o evin tavanı qədər uzaq idi. Biz həyətdə uşaqlarla oynaya-oynaya dili də öyrəndik. Şəhriyar elə gözəl uşaq idi ki, uşaqların hamısı onu qucağında gəzdirmək istəyirdi. Anamsa dilin dərdindən qonşulardan utanırdı, başa düşürdü, amma danışanda çətinlik çəkirdi. Bizdən çox o darıxırdı.

Bir gün atam gəldi ki, geyinin şəkil çəkdirməyə gedəcəyik. Anam tez Şəhriyarı geyindirdi, biz də bacımla təzə paltarlarımızı geyindik. O, ipək paltarım indi də yadımda qalıb. Bacımın əynindəki paltarını da anam sonradan elə mənə geyindirdi. Foto-studiya yaşadığımız evin sağ tərəfində idi. Sevinirdik. O həyətdə bir restoran da var idi.

Qəribədir, həyəti xatırlayanda qonşulardan çox, o restorandan gələn qab-qacaq səsləri gəlir qulağıma.

Restoranın mətbəxində bir lal qadın işləyirdi. Yuduğu qablardan bir-bir, iki-iki

ucuz qiymətə qonşulara satırdı. Bizim də mətbəx əşyalarımız az idi. Anam ondan boşqab, tava alıb sayını artırırdı.

Anam onunla əliylə, qoluyla elə gözəl danışırdı ki, elə bil uçurdu.

Hər dəfə o qadından bir şey alanda, biz də anam qədər sevinirdik. Həmin gün elə bilirdim, Bakıda bizdən varlı adam yoxdur.

Bu şəklə baxıram, anamın qanadları düşür yadıma.

Hara çapdı görəsən
Göyün şimşək atları?

Əvvəl belə deyildi
Könlümün qanadları -
Qarda, sazaqda dondu,
Bir az buludlar yondu,
Bir ümidsiz mənzilin
Uzun yolunda sındı
Könlümün qanadları…

# 3958 dəfə oxunub

Oxşar xəbərlər

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

18:39 4 fevral 2026
"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

17:13 4 fevral 2026
Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

16:50 4 fevral 2026
Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

16:00 4 fevral 2026
Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

14:50 4 fevral 2026
Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

14:30 4 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər