2025-ci ilin ilk "Ulduz"u

2025-ci ilin ilk "Ulduz"u
28 yanvar 2025
# 15:02

“Ulduz” jurnalının yanvar-fevral sayı Pərvanə Bayramqızının “Özüylə söhbəti...” və essesiylə açılır.

Kulis.az xəbər verir ki, “Şeir vaxtı”nda yeni şeirləriylə Gülsada İbrahimli, Qəndab Əliyeva, Əkbər Qoşalı, Günel Ağazadə, Pərvin Əliyeva, Zöhrab Mehdi, Gəray Göyyurddur.

Qulu Ağsəsin Hidayət Orucovla “Ayrı söhbət”ini “Ulduz” jurnalı ilə “Xalq qəzeti” TV-nın birgə layihəsində oxuya bilərsiniz.

“Nəsr”də Anar Adilin “Kloun Muğuş”, Sevinc Elsevərin “Gizlənpaç”, Günel Mehri “Sarmaşıq” hekayəsi təqdim olunur.

“Tribuna”da Həyat Şəmi “Tam anlamı ilə Anar”, Aslanlı Huntürk “M.T.Sidqinin Ədəbi-pedaqoji görüşlərində sağlam həyat tərzi problemləri”, Zəhra Namazlı “Tarixin kölgəsində bu gün” yazıları ilə görüşünüzə gəlib.

Şəfa Vəli“ “Ulduz”da “Gənc ürəklər”dən yazır.

“Tərcümə saatı”nda Nazir Rüstəm Robert Byornsun “İşdə məhəbbət macərası” filmindəki şeirini dilimizə tərcümə edib.

“Esseistika”da “Vətənim sənsən”, “Füzuli və Hüqo”, “Ana” esseləri ilə Ayna Asimqızıdır.

“Tənqid”də İlahə Səfərzadə “Qəlblərə yol tapan poeziya: Dayandur Sevginin şeirləri əsasında” yazısını təqdim edir.

“Dərgidə kitab”da “XX əsr Danimarka şeiri” Səlim Babullaoğlu və türk şair-tərcüməçi Hüseyin Duyğunun təqdimatında ilk dəfə geniş şəkildə oxuculara təqdim olunur.

“Dərgidə sərgi”də rəsm əsərləri ilə Tünzalə Ağabalayevadır.

# 2167 dəfə oxunub

Oxşar xəbərlər

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

18:30 7 may 2026
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

16:40 7 may 2026
İncəsənət xadimlərinə Prezident mükafatları verildi - Siyahı

İncəsənət xadimlərinə Prezident mükafatları verildi - Siyahı

16:35 7 may 2026
Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

16:20 7 may 2026
Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

14:00 7 may 2026
Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

13:40 7 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər