20 gənc peşəkar təlimlərdə və tamaşada iştirak etdi

20 gənc peşəkar təlimlərdə və tamaşada iştirak etdi
30 oktyabr 2024
# 09:49

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “İdeyanı Reallaşdır” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibi Orxan Hacıyev tərəfindən "GəncliyimİZ Teatrda” Proqramı uğurla həyata keçirilib.

Kulis.az xəbər verir ki, layihə müxtəlif təhsil və fəaliyyət sahələrində olan, lakin ortaq teatr sevgisini paylaşan gəncləri bir araya gətirərək onlara teatr sahəsi üzrə təlimlərdə iştirak etmək və səhnə təcrübəsi yaşamağa fürsət yaradıb.

Məqsəd gəncləri peşəkar rejissor və aktyorlar tərəfindən keçirilən təlimlərə cəlb edərək onların teatrla bağlı bilik və bacarıqlarını artırmaq, eyni zamanda gənclərə səhnə təcrübəsi yaşamağa imkan yaratmaq olub. Bu çərçivədə keçirilmiş seçim prosesinə ümumilikdə 250-dən çox müraciət daxil olub, onlardan 20 nəfər kastinq əsasında seçilərək layihədə iştirak imkanı əldə etmişdir.

Layihə çərçivəsində gənclərə aktyorluq sənəti üzrə silsilə təlimlər keçirilib və gənclərin aktiv iştirakı ilə Orxan Hacıyevin “Yalanın 40-cı günü” və Anton Çexovun “Bir evlənmə təklifi” əsərləri səhnələşdirilib.

“Bu layihə gənclərin yaradıcılıq potensialını inkişaf etdirməklə yanaşı, onları teatr sənətinə daha da yaxınlaşdırmaq məqsədi daşıyır. Layihəyə böyük maraq göstərən gənclər öz həvəs və əzmləri ilə çoxşaxəli uğurlara imza atdılar”, - deyə Orxan Hacıyev qeyd edib.

“GəncliyimİZ Teatrda” Proqramı Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilmiş və teatr sənətinə marağı olan gənclər üçün yeni imkanlar açmışdır. Layihə çərçivəsində iştirakçılar peşəkar teatr mühitində özlərini sınayaraq bu sahəyə aid əsas məlumatları nəzəri və praktiki şəkildə mənimsəyiblər.

# 1798 dəfə oxunub

Oxşar xəbərlər

140 ildən çoxdur inşası davam edən bazilika bu il tamamlanır

140 ildən çoxdur inşası davam edən bazilika bu il tamamlanır

10:50 20 iyun 2026
Əfsanəvi Robin Hudun sığınacağı olan qədim palıd ağacı qurudu

Əfsanəvi Robin Hudun sığınacağı olan qədim palıd ağacı qurudu

10:10 20 iyun 2026
"Yataq otağının qapısını bağladığın anı xəyal edirəm..." - Məşhur yazıçıların sevgililərinə yazdıqları məktublar

"Yataq otağının qapısını bağladığın anı xəyal edirəm..." - Məşhur yazıçıların sevgililərinə yazdıqları məktublar

10:00 20 iyun 2026
Həsən Əblucun həyat yoldaşı vəfat etdi

Həsən Əblucun həyat yoldaşı vəfat etdi

23:56 19 iyun 2026
“TEAS Press”in keçirdiyi gənclərin roman müsabiqəsinin qalibləri mükafatlandırıldı

“TEAS Press”in keçirdiyi gənclərin roman müsabiqəsinin qalibləri mükafatlandırıldı

20:20 19 iyun 2026
"Əbədi uşaq" barəsində  məşhur əsər - "Piter Pen" haqqında maraqlı faktlar

"Əbədi uşaq" barəsində məşhur əsər - "Piter Pen" haqqında maraqlı faktlar

16:30 19 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər