Misirdə 17 piramida tapılıb

Misirdə 17 piramida tapılıb
27 may 2011
# 08:20
Misirdə yeni peyk görüntüləri sayəsində 17 piramida tapılıb. Görüntülər təkcə piramidaların deyil, minə yaxın məzar, üç minə qədər tarixi məbədin yerini təsbit etməkdə kömk olub.

Kulis.az-ın məlumatına görə 700 kilometr uzaqlıqdan çəkilmiş görüntülər Amerikanın Alabama ştatındakı bir laboratoriyada araşdırılıb. Araşdırmaları aparan Sara Parsak: “Bir piramida aşkarlamaq hər arxeoloqun xəyalıdır”, - deyə bildirib.

Arxeoloq Parsak infraqırmızı şüalarla təsbit olunan köhnə evlərin tapılma səbəbini də izah edib: “Misirlilər evləri palçıq kərpicdən tikirmişlər. Bu kərpiclər torpaqdan daha bərk olduğundan ev, məzar və məbədlərin yeri şəkillərdə seçilir”.

Parsak Misirdə tədqiqatlar vaxtı bəzi rəsmilərin ona inanmadığını da vurğulayıb. Ancaq üç min illik bir ev aşkarladıqdan sonra rəsmilər arxeoloqa tədqiqatlara davam etməyə icazə verib.

Misir arxeoloqları isə peyk görüntüləri sayəsində Nil boyu salınan çoxlu yaşayış məskənləri, inqilab vaxtı itmiş əşyaları, məzar və məbədləri daha rahat aşkarlaya biləcəklərini deyiblər.

Günel ƏSGƏRZADƏ
# 2371 dəfə oxunub

Oxşar xəbərlər

Aktivistlərin zədələdiyi  tablo restavrasiya olunur

Aktivistlərin zədələdiyi tablo restavrasiya olunur

13:05 15 oktyabr 2025
Tanınmış müğənni vəfat etdi

Tanınmış müğənni vəfat etdi

12:05 15 oktyabr 2025
Ağasəlim Abdullayev:  "Muğamı müasirləşdirmək olmaz..." - Müsahibə

Ağasəlim Abdullayev: "Muğamı müasirləşdirmək olmaz..." - Müsahibə

12:00 15 oktyabr 2025
"Tənha bir yelkən ağarır!.." - Rus poeziyasının üsyankar dahisi

"Tənha bir yelkən ağarır!.." - Rus poeziyasının üsyankar dahisi

11:30 15 oktyabr 2025
“Kino rəssamlığının tarixi və müasir mənzərəsi”  nəşr olunub

“Kino rəssamlığının tarixi və müasir mənzərəsi” nəşr olunub

11:00 15 oktyabr 2025
Xalq artisti Ramiz Quliyev vəfat etdi

Xalq artisti Ramiz Quliyev vəfat etdi

10:10 15 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər