"İstəmirəm ki, şəkillərim müzakirə mövzusuna çevrilsin..." - Nailə İslamzadədən etiraz

"İstəmirəm ki, şəkillərim müzakirə mövzusuna çevrilsin..." - Nailə İslamzadədən etiraz
14 oktyabr 2025
# 15:34

Əməkdar artist Nailə İslamzadə sosial şəbəkələrdə arxiv fotolarının paylaşılmasına və yaşının xüsusi vurğulanmasına etiraz edib.

Kulis.az xəbər verir ki, tanınmış aparıcı bu barədə sosial mediada paylaşım edərək narazılığını bildirib.

Onun sözlərinə görə, illər əvvəl çəkilən şəkillərin indi çəkilmiş kimi təqdim olunması, üstəlik, təhrifedici başlıqlarla yayımlanması düzgün deyil:

“Tez-tez şəkillərim paylaşılır. Dəyər verənlərə, xoş söz yazanlara təşəkkür edirəm. Amma bu paylaşımlar mənim istəyimə uyğun deyil. Bəzən fotolarım kontekstdən çıxarılır, diqqət çəkmək üçün yanlış başlıqlarla təqdim olunur. Mən illərlə tamaşaçı etimadı qazanmışam və bu mənim üçün ən böyük mükafatdır. İstəmirəm ki, şəkillərim ‘klik’ və ‘layk’ naminə müzakirə mövzusuna çevrilsin”.

Aparıcı bildirib ki, onun doğum tarixi 1961-ci ildir və bunu təkrar-təkrar vurğulamağa ehtiyac yoxdur:

“Xarici görünüş bir insanı ilk baxışda cəlb edə bilər, amma əgər içində nur, mərhəmət və ağıl yoxdursa, o gözəllik tez solur. Mən ictimai insanam, haqqımda yazmaq istəyə bilərsiniz. Amma illər əvvəl çəkilmiş videolarımı indi çəkilmiş kimi təqdim etməyin. Mövzu tapmaqda çətinlik çəkirsinizsə, bir az daha yaradıcı düşünün. Haqqımda yazmaq istəsəniz, birbaşa mənə müraciət edin”.

Nailə İslamzadə əlavə edib ki, bu cür halların davam etməsi etik normaların və şəxsi hüquqların pozulması kimi qiymətləndiriləcək.

# 1753 dəfə oxunub

Oxşar xəbərlər

Məşhurların Haluk Leventin dərnəyinə bağışladığı məbləğlər açıqlandı

Məşhurların Haluk Leventin dərnəyinə bağışladığı məbləğlər açıqlandı

14:30 25 iyul 2026
"Xalqın oxumadığı, əzbərləmədiyi şeir, şeir deyil" - Mirzə Ələkbər Sabirin son müsahibəsi

"Xalqın oxumadığı, əzbərləmədiyi şeir, şeir deyil" - Mirzə Ələkbər Sabirin son müsahibəsi

14:00 25 iyul 2026
"Gangnam Style"dan yeni rekord

"Gangnam Style"dan yeni rekord

10:40 25 iyul 2026
Böyük səhnədən ruhi xəstəxanaya - 39 yaşında səfalət içində ölən aktrisa haqqında

Böyük səhnədən ruhi xəstəxanaya - 39 yaşında səfalət içində ölən aktrisa haqqında

17:00 24 iyul 2026
Bon Jovi konsertini yarımçıq qoydu - Səbəb

Bon Jovi konsertini yarımçıq qoydu - Səbəb

15:46 24 iyul 2026
“Space TV”nin bank hesablarına həbs qoyuldu

“Space TV”nin bank hesablarına həbs qoyuldu

14:46 24 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər