"Məmməd Araz şairlərin ən varlısıdı..." - Firidun Ağazadənin yeni şeiri

"Məmməd Araz şairlərin ən varlısıdı..." - Firidun Ağazadənin yeni şeiri
14 oktyabr 2025
# 12:30

Bu gün Məmməd Arazın doğum günüdür.

Kulis.az şair Firidun Ağazadənin bu münasibətlə qələmə aldığı "Məmməd Araz küçəsi" şeirini təqdim edir:

Məmməd Araz küçəsini başabaş gəzdim,
Varlılara, zənginlərə ünvandır adı.
Milyonçular elə-belə bura gəlməzdi,
Belə ünvan hər şairə qismət olmadı.

Heç darılma, heç qovrulma, İradə Tuncay,
Zaman bütün ünvanları yerbəyer edir.
“Mənim atam kasıb olub” demişdin?
Ay-hay!
O Atanı, o Şairi milyonlar sevir.

Məmməd Araz şöhrətinin sirridir, yəqin,
“Milyonçular məhəlləsi” deyirlər bura.
Şairlər var, belə ömrü yaşayar, çətin,
“Bu da belə bir ömürdü”,
qismətdir bu da.

Azərbaycan sevgisində kimdi ona tay?
Yaddaşlarda o əbədi var olasıdı.
Bu ilhamla, bu sevgiylə, İradə Tuncay,
Məmməd Araz şairlərin ən varlısıdı.

Əyrilərə peşkəş etdi əyri həyatı,
Məmməd Araz düz oyunun oyunçusudu.
Ana Vətən sevgisinin laureatı,
Ana Vətən sevgisinin milyonçusudu.

# 1883 dəfə oxunub

Oxşar xəbərlər

"Hardasa, hardasa ilğıma dönmək..." -  Günel Eminli

"Hardasa, hardasa ilğıma dönmək..." - Günel Eminli

11:50 9 iyun 2026
"Heç bir qadın mənim tək ayrılıq yaşadammır..." - Günün şeiri

"Heç bir qadın mənim tək ayrılıq yaşadammır..." - Günün şeiri

10:10 8 iyun 2026
Mən öz həbsxanamı çəhrayıya boyadım... - Əsəd Qaraqaplanın yeni şeirləri

Mən öz həbsxanamı çəhrayıya boyadım... - Əsəd Qaraqaplanın yeni şeirləri

14:00 7 iyun 2026
Səni sevən sənsiz ömrü neyləsin? - Ümmügülsümün şeiri

Səni sevən sənsiz ömrü neyləsin? - Ümmügülsümün şeiri

18:05 5 iyun 2026
Yeni sevdasına qurban olduğum - Mikayıl Müşfiqin şeirləri

Yeni sevdasına qurban olduğum - Mikayıl Müşfiqin şeirləri

14:45 5 iyun 2026
Bu yağışda canavarlar da... - Günün şeiri

Bu yağışda canavarlar da... - Günün şeiri

12:20 5 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər