“Təhrirdən tvitləri” - KİTAB
İnqilab zamanı yazılan “tweet”lər kitab oldu
2011-ci ilin əvvəllərində başlayan inqilablardan biri də Misir inqilabı oldu. İnqilab iştirakçıları Təhrir meydanında baş verənləri “Twitter” sosial şəbəkəsində paylaşırdı. Hətta böyük media agentlikləri də məlumatları rəsmi dövlət orqanlarından deyil, iştirakçıların “tvit” qeydlərindən götürürdülər.
Bu yaxınlarda isə Nadia İdl və Aleks Nansın redaktorluğu ilə inqilabın “qaynar tvitləri” kitab halına salınıb.
“The İndependent” qəzeti kitab haqda: “Əsasən gənclər tərəfindən yazılan bu qeydlər qəhrəmanlıq tarixidir” yazıb.
Kitabın ön sözü ərəbəsilli ingilis tənqidçi Ahdaf Suefə məxsusdur:
“Biz Misir inqilabını “yeni media”nın köməyi ilə başqa cür gördük.
İnqilabın səbəbləri çox idi. Seçim və dəyişik vaxtı gəldi. “Yeni media” inqilabın hər anını bizə göstərdi”.
Kitabın qiyməti 10 dollardır.
Günel ƏSGƏRZADƏ

Oxşar xəbərlər

Aktivistlərin zədələdiyi tablo restavrasiya olunur
13:05
15 oktyabr 2025

Tanınmış müğənni vəfat etdi
12:05
15 oktyabr 2025

Ağasəlim Abdullayev: "Muğamı müasirləşdirmək olmaz..." - Müsahibə
12:00
15 oktyabr 2025

"Tənha bir yelkən ağarır!.." - Rus poeziyasının üsyankar dahisi
11:30
15 oktyabr 2025

“Kino rəssamlığının tarixi və müasir mənzərəsi” nəşr olunub
11:00
15 oktyabr 2025

Xalq artisti Ramiz Quliyev vəfat etdi
10:10
15 oktyabr 2025