“Yenə o bağ olaydı” səyyar sərgisi davam edir

“Yenə o bağ olaydı” səyyar sərgisi davam edir
12 noyabr 2020
# 12:50

“YARAT” Müasir İncəsənət Məkanının Xaçmaz rayonunda incəsənət həvəskarları üçün təşkil etdiyi “Yenə o bağ olaydı” adlı səyyar sərgisinin vaxtı uzadılıb.

Kulis.az xəbər verir ki, sərgi ziyarətçilər üçün noyabrın 27-dək açıq qalacaq. Sərginin ekspozisiyasında rəssamlar Ağababa Bağırov, Etibar İsmayılov, Günay Əliyeva, Mousa Bəyzadə, Nəzrin Məmmədova, Vüsalə Ağarazıyeva, Leyli Qafarova kimi gənc sənətçilərin və tanınmış italiyalı rəssam Mikelancelo Pistolettonun əsərləri təqdim olunur. Bununla yanaşı, sərgi Ruslan Abbasov, Günel Axundlu, Rəna Bəşirova, Timo Herbst, Orxan Hüseynov, Mersedes Şturm-Li və Fərid Rəsulovun əsərlərini özündə ehtiva edən videoskrininq proqramı ilə müşayiət olunur. Həmçinin “YARAT” “Nargis Magazine” ilə birgə əməkdaşlıq çərçivəsində “Recycle Project” (2019) layihəsinə daxil olan “Pablik art” proqramını təqdim edir. Burada Rəşad Ələkbərovun “Reuse, Reduce, Recycle” installyasiyası nümayiş olunur.

# 2760 dəfə oxunub

Oxşar xəbərlər

Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu yoxsa öldürülmüşdü?

Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu yoxsa öldürülmüşdü?

16:00 4 fevral 2026
Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

14:50 4 fevral 2026
Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

14:30 4 fevral 2026
Sahib olduğum şeyə keçmişdə kədər deyirdilər... - Günün mahnısı

Sahib olduğum şeyə keçmişdə kədər deyirdilər... - Günün mahnısı

14:20 4 fevral 2026
Ufuk Özkana donor tapıldı

Ufuk Özkana donor tapıldı

13:00 4 fevral 2026
"Qapını göstərib dedim ki, get burdan!" – Məşhur şairin bacısı Polad Bülbüloğlunu niyə qovdu?

"Qapını göstərib dedim ki, get burdan!" – Məşhur şairin bacısı Polad Bülbüloğlunu niyə qovdu?

12:30 4 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər