“Xəzər” jurnalının yeni nömrəsi işıq üzü görüb

“Xəzər” jurnalının yeni nömrəsi işıq üzü görüb
1 dekabr 2020
# 18:55

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi çapdan çıxıb.

Kulis.az xəbər ki, oxuculara jurnalın “Nobel kürsüsü” rubrikasında Migel Asturiasın “Senyor Prezident” romanı, “Azərbaycan ədəbiyyatı” rubrikasında Eyvaz Əlləzoğlunun “Bığlı Kərəm” hekayəsi, “Poeziya” rubrikasında Yuxan Viydinqin şeirləri təqdim edilib.

Jurnaldakı “İlahi keçid”, “Hekayə”, “İrlandiya şeiri”, “Roman”, “Teatr”, “Kino”, “Səhnə” və “Dünya uşaq ədəbiyyatı kitabxanası” rubrikalarında oxucular Tövratın tərcüməsi, Lev Tolstoyun hekayələri, Şeymas Hininin şeirləri, Mixael Kumpfmüllerin “Həyatın möhtəşəmliyi” (davamı), Lola Koenin “Strasberq metodu”, Mixail Rommun “Özüm, dostlarım və filmlər haqqında”, Frans Teodor Çokorun “Axınla birgə” pyesi, “Dünya uşaq ədəbiyyatı kitabxanası” rubrikasında ingilis nağılları və digər əsərlərlə tanış ola biləcəklər.

“Xəzər”in oxucuları jurnalı Bakının metrostansiyalarının yaxınlığındakı “Kiosk Press” qəzet köşklərindən əldə edə bilərlər.

# 4143 dəfə oxunub

Oxşar xəbərlər

Stalinin dövründə türkoloqlara nə oldu? - Sovet sisteminin elm üzərində kölgəsi

Stalinin dövründə türkoloqlara nə oldu? - Sovet sisteminin elm üzərində kölgəsi

14:17 21 sentyabr 2026
Milli Kitabxanada Beynəlxalq Sülh Gününə həsr olunan kitab sərgisi açıldı

Milli Kitabxanada Beynəlxalq Sülh Gününə həsr olunan kitab sərgisi açıldı

14:15 21 sentyabr 2026
Skorsezenin məşhur filmi haqqında sənədli layihə yayımlanacaq

Skorsezenin məşhur filmi haqqında sənədli layihə yayımlanacaq

13:30 21 sentyabr 2026
Ramana qəsrində muzey fəaliyyətə başladı

Ramana qəsrində muzey fəaliyyətə başladı

13:13 21 sentyabr 2026
"Kim tənqid edir, özü bilər" -  Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

"Kim tənqid edir, özü bilər" - Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

13:09 21 sentyabr 2026
Şahzadə Diananın qardaşı ilə Kral Çarlz arasında gərginlik

Şahzadə Diananın qardaşı ilə Kral Çarlz arasında gərginlik

13:00 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər