"Qarabağnamə" tamaşası onlayn göstəriləcək

"Qarabağnamə" tamaşası onlayn göstəriləcək
25 mart 2021
# 17:53

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Qarabağnamə” tamaşasını sosial hesabları vasitəsilə onlayn nümayiş etdirəcək.

Kulis.az xəbər verir ki, Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Martın 31-də saat 19:00-da göstəriləcək tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.

O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

# 2462 dəfə oxunub

Oxşar xəbərlər

"Quran"ı əzbər bilən Qara Qarayev kimdir?

"Quran"ı əzbər bilən Qara Qarayev kimdir?

10:47 5 fevral 2026
"Netflix" BTS-in konsertini canlı yayımlayacaq

"Netflix" BTS-in konsertini canlı yayımlayacaq

10:25 5 fevral 2026
“Qış nağılı”  II Beynəlxalq Musiqi Festivalı başlayır

“Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı başlayır

10:23 5 fevral 2026
Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

18:39 4 fevral 2026
"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

17:13 4 fevral 2026
Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

16:50 4 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər