"Qarabağnamə" onlayn nümayiş ediləcək

"Qarabağnamə" onlayn nümayiş ediləcək
12 yanvar 2021
# 18:02

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar “Qarabağnamə” tamaşasını sosial hesabları vasitəsilə onlayn nümayiş etdirəcək.

Kulis.az xəbər verir ki, yanvarın 20-də göstəriləcək Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.

O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

# 2955 dəfə oxunub

Oxşar xəbərlər

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

15:10 7 may 2026
Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

14:00 7 may 2026
Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

13:40 7 may 2026
Azərbaycan karikatura sənətinin banisi kimdir?

Azərbaycan karikatura sənətinin banisi kimdir?

13:20 7 may 2026
İntellektual tənhalığın simvolu - Onu kim "Macarıstanın Horatsisi" adlandırmışdı?

İntellektual tənhalığın simvolu - Onu kim "Macarıstanın Horatsisi" adlandırmışdı?

12:51 7 may 2026
Məşhur rok qrupunun üzvü vəfat etdi

Məşhur rok qrupunun üzvü vəfat etdi

12:30 7 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər