“Nəsimi ili”nin yekunlarına həsr olunan elmi sessiya keçirilib

“Nəsimi ili”nin yekunlarına həsr olunan elmi sessiya keçirilib
13 yanvar 2020
# 15:58

Yanvarın 13-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Nəsimi ili”nin yekunlarına həsr olunan elmi sessiya keçirilib.

APA-nın məlumatına görə, sessiya AMEA-nın Humanitar Elmlər Bölməsinin təşkilatçılığı təşkil olunub.

Tədbirdə çıxış edən AMEA-nın I vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli elmi sessiyanın Azərbaycan Respublikası Prezidentinin “Nəsimi ili” və Nəsiminin 650 illiyinin keçirilməsi ilə bağlı Sərəncamlarına uyğun olaraq keçirildiyini bildirib: "Bu istiqamətdə ölkə miqyasında ən müxtəlif istiqamətdə keçirilən tədbirlərin əsas mahiyyəti ölkə prezidentinin sərəncamlarından irəli gələn vəzifələr işığında Nəsimini Azərbaycan xalqına və dünyaya yaxından tanıtmaq və onun əsərlərini yenidən tədqiq edib öyrənməkdən ibarətdir. Eyni zamanda qarşıda duran vəzifələrin timsalında ölkəmizdə azərbaycançılıq məfkurəsinin inkişaf etdirməkdir. Bu istiqamətdə ölkəmizdə Heydər Əliyev Fondunun keçirdiyi birinci və ikinci "Nəsimi-şeir, sənət və mənəviyyat Festivalı"nı xüsusi qeyd etmək lazımdır. Festival çərçivəsində Azərbaycana gələn xarici qonaqlar Nəsiminin vətəninin Aəzrbaycan olduğunu və dövlətin ədəbiyyata, mədəniyyətə qayğısını gördülər. Hələ ulu öndər Heydər Əliyev zamanında da Nəsimi irsi tədqiq olunub, onun Bakıda heykəli qoyulub, rayonlardan birinə onun adı verilib. Bütün bunlar Nəsiminin Vətəninin Azərbaycan olduğunu göstərdi".

İ.Həbibbəyli sərəncamdan irəli gələrək AMEA-da da Nəsimiyə həsr olunmuş "Eyni Nəsimi, cahanı tutdu sözün" adlı konfrans keçirildiyini qeyd edib: "Eyni zamanda ədəbiyyat və fəlsəfə institutları da konfranslar, kitab təqdimatları, simpoziumlar keçirilib. Nəsimini əsərlərinin dünya dillərinə tərcüməsində də Akademiya iştirak edib, TÜRKSOY təşkilatı ilə birlikdə Nəsiminin əsərlərini 14 dilə çevrilib nəşr edib. Nəsiminin 200-ə yaxın şeiri yenidən çap olunub. Bunların içində sovet dövründə nəşr olunmayan dini şeirləri də yer alır".

Sessiya məruzələrlə davam edib.

# 3201 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər